Krım körpüsündə partlayan yük maşınının sürücüsü internet vasitəsilə gübrə daşımaq təklifi alıb.
Bu barədə Publika.az Rusiya KİV-nə istinadla xəbər verir.
İddia olunur ki, sürücü kor-koranə istifadə olunub. Onun planlaşdırılan partlayışdan xəbəri olmayıb.
Qeyd edək ki, yük maşınının sahibi 1996-cı il təvəllüdlü Samir Seymur oğlu Yusubov videomüraciət yayıb. O bildirib ki, yük maşını onun adına qeydiyyatda olsa da, həmin avtomobillə əmisi Mahir Nəsib oğlu Yusubov işləyir. O, bütün həyatı boyu yük daşınması ilə məşğul olub.