PUTİN NÜVƏ TƏHDİDİNDƏN İMTİNA EDƏCƏKMİ? -
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken bu yaxınlarda deyib ki, əgər Rusiya Federasiyası (RF) Ukraynaya qarşı nüvə silahı tətbiq edərsə, Birləşmiş Ştatların dəqiq fəaliyyət planı var. Xüsusilə, onun sözlərinə görə, Vaşinqton özəlliklə «çox yüksək səviyyədə» Moskvaya bunun nəticələri barədə xəbər verib.

Eləcə də Amerika KİV-nin yazdığına görə, ABŞ artıq bir neçə aydır, Moskvaya özəl xəbərlər göndərir və nüvə silahının tətbiqindən sonra baş verə biləcək nəticələr barədə xəbərdarlıq edir.

Birmənalı olaraq məlum deyil ki, amerikalılar rusiyalıların nəzərinə məhz nəyi çatdırırlar. Bu informasiyanı gizli saxlayırlar. Amma açıq görünür ki, nüvə zərbəsinə yol verməməyin yeganə üsulu - bu, dialoqdur.

Ehtimal ki, ABŞ bu gün təcavüzkarın nəzərinə çatdırmağa cəhd edir ki, birincisi, nüvə zərbəsi ilə o, heç bir fayda əldə edə bilməyəcək. İkincisi, nüvə zərbəsi şəxsən təcavüzkara qəbulolunmaz nəticələr verəcək. Faktiki olaraq,onun fikrincə, istənilən «qələbə» Rusiya üçün fəlakətli nəticələrə səbəb olacaq.

Qərbdə ekspertlər çevrəsində o barədə diskusiya davam edir ki, gerçəkdən məhz nə Rusiya Federasiyasını dayandıra bilər: total sanksiyalardan tutmuş cavab zərbəsinə qədər?

Amerikalı politoloqlar belə varianta ciddi baxırlar ki, ABŞUkraynaya nüvə zərbəsi endirmiş Rusiya bazasına yüksək dəqiqlikli silahla zərbə endirə bilər. Bunun Ağ Evin xəbərdarlıqları ilə nə qədər üst-üstə düşdüyü məlum deyil. Amma diskusiya məhz belədir.

Söhbət ABŞ-ın Rusiyaya nüvə zərbəsindən getmir. Amma istənilən zərbə Vladimir Putin üçün qəbuledilməz olacaq. Bu, RF ilə ABŞ və NATO arasında müharibənin rəsmi başlanğıcı demək olacaq. Və Putin anlayır ki, belə başlanğıc asanlıqla nüvə səviyyəsinə keçə bilər.

Məsələ ondadır ki, RF Prezidenti sovet mədəniyyəti mühitində tərbiyə alıb - orada nüvə silahı həmişə siyasi təzyiq instrumenti olub. O, özünü məhz belə aparır. Demək olar ki, onun bütün nitqləri təhdidlərə, qorxutmalara və məcburetmələrə əsaslanır. Deməli, nüvə silahının mahiyyəti - müharibə aparmaqdan ibarət deyil.

Hətta əgər hansısa kiçik bir şəhərə zərbə vurulması variantına nəzəri cəhətdən baxsaq, deyək ki, nüvə «göbələyi»ni bəşəriyyətə xatırlatmaq istəsək, demək çətin olar ki, Putin buna getməyə hazırdırmı? Axı bu, nümayişkənarə genosid-zərbə demək olacaq.

Bundan əlavə, əgər RF nüvə silahı tətbiq etsə, bu isə məqsədə çatmağa kömək etməyəcək, o zaman Vladimir Putinin əlində başqa kozır qalmayacaq. Amma onun başlıca məqsədi düşməni lazım olanı etməyə məcbur etməkdən ibarətdir. Xüsusilə, hazırda Putinin məqsədlərindən biri - Qərbi Ukraynaya kömək etməyi dayandırmağa inandırmaqdır ki, əks-təqdirdə o, nüvə zərbəsi endirəcək.

Ona görə də əgər Rusiya gerçəkdən nüvə silahı tətbiq etmək istəsəydi, bunu ona görə edərdi ki, Ukraynanı güzəştlərə və sülh müqaviləsi bağlamağa vadar etsin. Məsələn, söhbət ondan gedə bilərdi ki, RF Ukraynadan müəyyən ərazilərdən ordunu geri çəkməyi tələb etsin. Bu zaman təhdidlərin inandırıcı olması üçün RF-a bir nüvə partlayışı kifayət edərdi.

Başla sözlə, işarə edilərdi ki, əgər bizim tələbləri yerinə yetirməsəniz, növbəti hədəf, məsələn, Kiyev olacaq - «biz zarafat etmirik». Axı hamı anlayır ki, hətta bir zərbə ümumdünya miqyaslı çöküşə gətirə bilər (Mənbə: «UNİAN»).

AzPolitika.info
 

Dünyapress TV

Xəbər lenti