Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada PKK/YPG terrorçularına qarşı xüsusi əməliyyat həyata keçirib. MİT Kamışlı bölgəsində PKK/YPG terrorçularının Suriya ordusundan qalan raket və ağır silah-sursatları ərazidən çıxarmağa çalışdığını müəyyən edib. Bunun ardından dərhal əməliyyat başladılıb.
Əməliyyat zamanı terrorçuların istifadəsində olan raket və ağır silahlarla dolu 12 yük maşını, iki tank və iki sursat anbarı məhv edilib.
Məlumata əsasən, terrorçular həmin silahları Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etməyi planlaşdırırmış.