"Rusiya nüvə doktrinasını sərtləşdirmir, onu təkmilləşdirir". İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı bildirib.
"Ümumilikdə, biz indi nüvə doktrinasını deyil, "Oreşnik"i təkmilləşdirməliyik. Bu müasir silah sistemlərinin kifayət qədər sayı faktiki olaraq nüvə silahından istifadə ehtiyacını aradan qaldırır",-deyə Putin qeyd edib.
Vladimir Putin həmçinin bildirib ki, Moskva özünü bütün sahələrdə kifayət qədər diqqətli aparır.