Suriya ordusu müxaliflərə qarşı niyə döyüşmədi? - Baş nazir səbəbini açıqladı
Əl-Cəlali: Suriyalı əsgərlərdə üsyançılara qarşı döyüşmək üçün motivasiya yox idi.
İqtisadiyyat.az xəbər verir ki, Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali "RIA Novosti"yə bildirib ki, hökumət qoşunları müxaliflərlə döyüşməyib, çünki mənəvi çöküş halında olublar.

"Suriyanın hərbi qulluqçularının mənəviyyatı çökmüşdü və öz qardaşlarına qarşı döyüşmək üçün motivasiyaları yox idi",- deyə əl-Cəlali əlavə edib.

Baş nazirin sözlərinə görə, buna iqtisadi, sosial və psixoloji amillər səbəb olub: "Çətin həyat şəraiti və döyüşməyin zəruriliyinə inamın olmaması nəticəsində əsgərlər döyüşə girmədən geri çəkilməyi üstün tuturdular".
 

Dünyapress TV

Xəbər lenti