Ukraynada öldürülən almanların sayı açıqlanıb
2022-ci ildə başlayan münaqişədən bəri Ukraynada 10 Almaniya vətəndaşı həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Sara Vagenknecht İttifaqı — Ağıl və Ədalət" (BSW) partiyasından Bundestaq üzvü Andrej Hunko bildirib.

“2022-ci ildən etibarən Ukraynada 10 Almaniya vətəndaşı həlak olub. Lakin onların hərbi əməliyyatlarda iştirakına dair məlumat yoxdur. Almaniya hökuməti öz vətəndaşlarının Ukrayna münaqişəsində iştirak etməməsi üçün tədbirlər görməlidir”, – deyə Hunko vurğulayıb.

Hunko həmçinin deyib ki, Berlin atəşkəs danışıqlarının başlanması üçün daha fəal şəkildə təşəbbüs göstərməlidir ki, döyüş meydanında insanlar həyatlarını itirməsin.

Noyabrın 3-də Bundestaq üzvləri Almaniya əsgərlərinin Ukraynada olduğu barədə mediada yayılan xəbərlərdən sonra federal hökumətdən izahat tələb ediblər.
 

Dünyapress TV

Xəbər lenti