Ukraynanın üzv olacağı təqdirdə Avropa Birliyi hərbi əməliyyatların iştirakçısına çevrilməli olacaq.
Axar.az xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
“Bu o deməkdir ki, müharibə edən ölkə Lissabon müqaviləsinə uyğun olaraq hərbi əməliyyatlara qoşulmalı olan AB-nin bir hissəsi olacaq”, - Filippo bildirib.
Onun sözlərinə görə, Ukraynanın AB-yə üzv olması bazarda haqsız rəqabət səbəbindən fransız fermerlərin məhv edilməsinə və qeyri-qanuni miqrasiya üçün daha bir qapının yaranmasına gətirib çıxaracaq.
“Qoy Ukrayna daxil olsun, biz isə AB-dən çıxaq. Özü də tezliklə”, - Filippo fransızlara çağırış edib.