Hersoq: "Netanyahu Baydenin atəşkəs təklifini qəbul etsə, onu dəstəkləyəcəm"
İsrail prezidenti İsaak Hersoq ABŞ prezidenti Co Baydenin Qəzza zolağında elan etdiyi atəşkəs təklifini qəbul edəcəyi təqdirdə Baş nazir Benyamin Netanyahunu dəstəkləyəcəyini bildirib.
Bu barədə president Təl-Əviv Universitetində keçirilən hüquq konfransındakı çıxışı ilə bağlı "X"də paylaşım edib.

"Mən prezident Baydenə çıxışına və Qəzza zolağında radikal Fələstin hərəkatı HƏMAS tərəfindən saxlanılan bütün girovları azad etmək üçün göstərdiyi səylərə görə təşəkkür etmək istəyirəm. Bu kontekstdə mən Baş nazirə məlumat verdim ki, girovların azad edilməsinə gətirib çıxaracaq razılaşmanın əldə edilməsində ona və hökumətə tam dəstəyimi verəcəyəm”, - bəyanatda deyilir.

Dünyapress TV

Xəbər lenti