RTL: Fransa Ukraynada “faydalı olacaq” yeni hərbi hissəni sınaqdan keçirir
Fransa NATO-nun Estoniyadakı 14 minlik təliminin bir hissəsi olaraq “Ukraynada faydalı olacaq” yeni kəşfiyyat qrupunu sınaqdan keçirir.
Referans.az bildirir ki, bu barədə RTL (Almaniya televiziyasl) xəbər yayıb.
Nəşr yazır ki, təlimin məqsədi Rusiyaya Baltikyanı ölkələri işğal etməyin “yaxşı fikir olmadığını” nümayiş etdirməkdir. Fransa ordusu yeni FRAN qrupunun döyüş qabiliyyətini sınaqdan keçirir və bu qrup “düşmən xəttindən aşkar edilmədən irəliləmək, kəşfiyyat və səngərləri ələ keçirmək üçün” cavabdeh olacaq.
"Ultra gizli əsgərlərdən" ibarət eksperimental bölmə düşmən səngərlərini və bu səngərlərə "giriş nöqtələrini" daha sonra ələ keçirmək məqsədi ilə aşkar etmək üçün nəzərdə tutulub ki, bu da FRAN döyüşçülərinin üzərinə düşür.
Nəşr qeyd edir ki, fransız hərbçiləri “real şəraitdə” təlim keçir və əsgərlərin özlərinin dediyinə görə, onlar “estoniyalı müttəfiqlərini müdafiə etməyə” hazırdırlar./Musavat.com/