Belçika Ukraynaya veriləcək F-16-lara görə 100 milyon avro ayırdı
Belçika hökuməti Danimarkanın başçılıq etdiyi koalisiyanın tərkibində krallığın Kiyevə tədarük etmək niyyətində olduğu F-16 təyyarələrinə texniki qulluq üçün 100 milyon avro ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder "X"də yazıb.

"Nazirlər Şurası Belçikanın Ukraynaya 25-ci hərbi yardım paketini təsdiqləyib. 100 milyon avro, beynəlxalq koalisiya çərçivəsində F-16 təyyarələrinə texniki xidmət və dəstək üçün ayrılacaq", - o bildirib.
 

Dünyapress TV

Xəbər lenti