ABŞ-dan ermənipərəst addım: Azərbaycana hərbi yardım dayandırıldı
Amerika Birləşmiş Ştatları sülh sazişi imzalanana qədər Azərbaycana hərbi yardımı dayandırıb.
Bakupost.az "Bez tormozov" TQ kanalına istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.
“Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq. Beləliklə, biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik və Bakının hərəkətlərini pislədik. Dəfələrlə siqnal vermişik ki, Ermənistan daxilində güc tətbiqi tamamilə qəbuledilməzdir", -deyə o bildirib.
 

Dünyapress TV

Xəbər lenti