“HƏMAS” İsrailə üç mindən çox raket atıb, ölən və yaralıların sayı artıb
“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı artıb.

İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli sakinin xəsarət almasına səbəb olub.

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.
Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.
 

Dünyapress TV

Xəbər lenti