LUKAŞENKO TOKAYEVƏ NÜVƏ SİLAHI TƏKLİF EDİB – Qazaxıstan lideri nə cavab verib?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus lideri Aleksandr Lukaşenkonun nüvə silahına sahib olmaq üçün Qazaxıstanın Rusiya və Belarus İttifaqına qoşulması təklifini “zarafat” adlandırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

"Onun zarafatını yüksək qiymətləndirdim. Düşünürəm ki, buna ehtiyac yoxdur, çünki başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi İttifaqı var. Nüvə silahlarına gəlincə, onlar bizə lazım deyil" – deyə, Tokayev bildirib.

Lukaşenko ilə müsahibə bir gün əvvəl “Moskva, Kreml, Putin” proqramında yayımlanıb. Belarus lideri Tokayevin mayın 24-də Moskvada Avrasiya İqtisadi Forumunda çıxışını şərh edib.

Qazaxıstan Prezidenti Rusiya və Belarus və Aİİ-nin digər üzvləri arasında inteqrasiyaya yanaşmalardakı fərqlərə diqqət çəkib. Tokayev daha sonra bəyan etdi ki, birlik dövləti Belarus və Rusiya “iki ölkə - bir dövlət” formuluna uyğun inteqrasiyanı təmin edir.
Ətraflı

“Bağışlayın, hətta nüvə silahı da indi ikiyə birdir” deyən Tokayev, Qazaxıstan, Qırğızıstan və Ermənistanın təmsil olunduğu başqa bir inteqrasiya səviyyəsinin olduğunu qeyd edib.

Prezidentin mətbuat katibi Ruslan Jeldibai Tokayevin sözlərini şərh edərkən bildirib ki, “Qazaxıstan ittifaq dövlətlər yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil”.

Lukaşenko Rusiya televiziyasında deyib ki, əgər Qazaxıstan və ya hər hansı başqa ölkə nüvə silahına sahib olmaq istəyirsə, o, İttifaq dövlətinə qoşulmalıdır.

Keçən həftə Rusiyanın taktiki nüvə silahlarının Belarusa ötürülməyə başladığı məlum oldu. Eyni zamanda, ona nəzarət Rusiyada qalacaq.
 
 
 

Dünyapress TV

Xəbər lenti