Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq üçün ödədiyi pulu geri alacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“F-35 üçün pul və öz töhfəmizi verdik, amma pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu, lakin CAATSA doğru deyil”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar Türkiyənin ABŞ-dən F-35 qırıcıları layihəsinə yatırılan vəsaitin Ankaraya qaytarılmasını, həmçinin Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 5 təyyarənin təhvil verilməsi məsələsinə konstruktiv yanaşma gözlədiyini demişdi.(Mənbə: Hürriyet)