Azərbaycanın Müdafiə Nazirliyi Arazdeyən (Yerasx) istiqamətində erməni hərbçisinin ölümündə Azərbaycan tərəfinin əli olduğunu təkzib edib.

“Martın 22-də saat 16:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu Arşak Serezhaeviç Sarkisyan Yerasx istiqamətində yerləşən döyüş mövqeyində düşmən tərəfindən açılan atəş nəticəsində ölümcül yaralanıb”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti çərşənbə günü bildirib.

Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib: «Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür».

Dünyapress TV

Xəbər lenti