“Sevgi evi” sığınacağı ilə bağlı ziddiyyətli məlumatlar
Daxili İşlər Nazirliyi azyaşlıların işgəncələrə məruz qaldığı iddiasını araşdırır

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında video paylaşaraq, “Sevgi evi” Qadın və Uşaq Sığınacağında azyaşlıların işgəncələrə məruz qaldığını bildirib. “2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı. Uşaq ölür”, - deyə Kəmalə Ağazadə qeyd edib.

Bakupost.az-a açıqlamasında “Sevgi evi” Qadın və Uşaq Sığınacağının adını açıqlamayan işçisi deyib ki, heç bir işgəncə faktı olmayıb, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yalan məlumat verib.

Sığınacaqdan bildirilib ki, azyaşlının anası yayılan məlumatlarla bağlı suallara cavab verəcək: “Həmin uşaq bizim sığınacaqda anası ilə birlikdə qalır. Anası özü mətbuat konfransında bütün bunlara cavab verəcək. Kəmalə Ağazadənin paylaşdığı cəfəngiyyatdır. Hər şeyə mətbuat konfransında aydınlıq gətiriləcək. O zaman siz də görəcəksiniz ki, bu böhtandır”.

Sosioloq Lalə Mehralı “Yeni Müsavat”a bildirdi ki, uşağın gözündəki ifadə, sadəcə, qorxu deyil, dəhşət, faciə var o baxışda: “O uşağın əvvəlki fotolarını da görmüşəm, həyatsevər, gülərüzlü ifadə var üzündə. 2-3 yaşlı uşaq nə yaşaya bilər ki, gözündə elə dəhşətli ifadə olsun? Ümid edirəm ki, istisna hal kimi araşdırma çevik aparılar. Bu cür vəziyyətlərdə uşaqlardan istifadə edənlər az deyil. Sosial şəbəkələrdə dilənçiliklə məşğul olurlar. Geyimi, bezi, dərmanı və s. yoxdur deyərək, insanların mərhəmətindən sui-istifadə etməyə çalışırlar. Belə insanlar haqqında ölçü götürülməlidir”.

Pediatr Günay Rəsulova hər hansı fiziki zorakılıq ehtimalı ilə bağlı durumu belə şərh etdi: “Görüntüyə baxdıqda uşağın daha çox psixoloji səbəblərlə bağlı bu vəziyyətə düşdüyünü ehtimal edirəm. Bəzi rəylərdə bu vəziyyətin peyvəndlə əlaqəli olduğunu qeyd edənləri gördüm. Bu, kökündən yanlışdır. Peyvəndin bu cür əks-təsiri olmur. Uşağı ətraflı müayinə etdikdən sonra fiziki göstəriciləri ilə bağlı detallı danışmaq olar”.

Psixoloq Aidə Nəbiyeva “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, videoda uşağın reaksiyalarının donması aydın görünür: “Əllərin arxaya doğru yığılması, gözlərinin dolması şiddətli qorxu keçirməsi ilə əlaqədardır. Bu halda yeyilən yemək heç bir fayda verə bilməz. Uşaq kifayət qədər travma alıb. Bu cür yanaşma nevroz, panik atak əlamətləri, erkən uşaqlıq travmaları kimi ciddi problemlər yarada bilər. Dövlət də mövzuya ciddi reaksiya verməlidir. Nəinki sığınacaqda, ailədə də uşaqlarla bu cür rəftar yolverilməzdir. Videodan görünür ki, uşağın əlləri əsir, bu, sinir sisteminin kifayət qədər zədələndiyinin göstəricisidir. Bu isə o deməkdir ki, uşağın terapiyaya və müalicəyə ehtiyacı var”.

Daxili İşlər Nazirliyi də iddia ilə bağlı açıqlama verib: “Məsələ ilə əlaqəli polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda material məhkəmə icraatındadır”.

Qeyd edək ki, bu ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bu sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxmışdı və hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılmışdı. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan azyaşlının müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərdə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
 

Bölmənin digər xəbərləri

23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Dünyapress TV

Xəbər lenti