Göyçayda əlilin torpağını bələdiyyə əlindən alır- ŞİKAYƏTVİDEO
Göyçay rayonu Çərəkə kənd sakini, 1-ci qrup əlil Mustafayev Şahbuz Bəkir oğlu tərəfindən


ŞİKAYƏT ƏRİZƏSİ


Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, mən Göyçay rayonu Çərəkə kənd sakini 1958-ci il təvəllüdlü Müstafayev Şahbuz Bəkir oğlu 1-ci qrup əliləm. Təxminən 18 il öncə yaşadığım kəndin Ucar rayonuna yaxın hissəsində ümumi sahəsi 5.80 ha şoran torpaq sahəsini zəbt edərək özümün və ailəmin boğazından kəsib, olan-qalan maddi imkanlarımı sərf etməklə münbitlik və məhsuldarlıq əldə etmək üçün həmin əraziyə əziyyət çəkməyə başlamışdım. Nəhayət illər ərzində çətinliklərlə də olsa, istədiyimə nail oldum. Belə ki, torpaq istədiyim şəraitə uyğunlaşdığı zaman Çindən gətirilmiş və yerli tinglərdən ibarət gər bağı saldım. Artıq hər il kənd sakinləri arasında ən çox barama istehsalı ilə məşğul olan şəxslərdən biri də mənəm. Lakin Bələdiyyə sədrimiz Mehman Məcidov məkirli planlar hazırlayaraq istifadəmdə olan sahəsinin böyük bir həssəsini məndən alaraq digər şəxslərə vermək və ya satmaq istəyir. Halbuki "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı vardır. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı üçün dövlət tərəfindən şərait yaradılır. Mən isə yuxarıda qeyd etdiyim kimi, öz növbəmdə istifadəmdə olan torpaq sahəsində olduqca səmərəli şəkildə istifadə edirəm. Bələdiyyə sədrinin məni zorla torpağımdan çıxarması, əzab-əziyyətlə yoxluqdan-varlığa gətirib çatdırdığım yeri əlimdən almağa çalışması ədalət prinsipini heçə saymaq deməkdir. O, açıq-aşkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən cinayət hesab olunur. Əlbətdə, artıq kəndimizdə olan bütün torpaqlar zəbt olunub, pay verilib, satılıb. Məhz ona görə də Mehman Məcidov indi də mənim torpağıma gözünü dikib. İstər satmaq, istərsə də xeyriyyəçilik niyyəti ilə olsun, əgər Bələdiyyə sədri Mehman Məcidov ehtiyacı olan insanlara görə topraq axtarışındadırsa, özünün 3 ha məhsuldar torpağını, eyni zamanda qala divarlarla əhatə olunan 3 böyük villasını kasıb insanlar arasında bölüşdürməsi daha məqsədə uyğundur deyərdim. Bu torpaq isə mənim və ailəmin maddi gəliridir. Mən bu şoran torpağı əlil halımla gözəlləşdirmişəm.
Hörmətli cənab Prezident! Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində qeyd olunduğu kimi: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Mehman Məcidov məni bezdirərək intihar həddinə çatdırıb.
Sizdən, haqq və hüquqları əlindən alınmaqda olan 1-ci qrup əlil kimi çox xahiş edirəm, Bələdiyyə sədri Mehman Məcidovun özbaşınalıqlarına son qoyasınız və istifadəmdə olan 5.80 ha torpaq sahəsinin mənim adıma sənədləşdirilməsinə köməklik göstərəsiniz. Sizə öz adımdan və ailəmiz adından təşəkkürümüzü bildiririk.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti