Sumqayıt Dövlət Universiteti 95 min manatı NƏYƏ XƏRCLƏNİB?
Sumqayıt Dövlət Universiteti “Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar keçiriləcək konfrans xərclərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya noyabr ayının 22-də yekun vurub.

TEREF.AZ xəbər verir ki, bu tenderin məbləği 95.303 manat, qalibi isə “FAMİLY 22 FN” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.
Sumqayıt Dövlət Universiteti 95 min manatı NƏYƏ XƏRCLƏNİB?


Sumqayıt Dövlət Universiteti “Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar keçiriləcək konfrans xərclərinin satın alınması” lotu üzrə 2022-ci ilin noyabr ayının 22-də yekun vurduğu 95.303 manat dəyəri olan tenderdə qalib elan edilən “FAMİLY 22 FN” MMC tenderdən bir ay əvvəl 2022-ci ilin oktyabr ayının 4-də dövlət qeydiyyatından keçib.

“FAMİLY 22 FN” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Baş küçəsi ev 2, mənzil 19 ünvanıdır.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670007658_2.jpg
MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Abdinova Nərgiz İbad qızıdır.

“FAMİLY 22 FN” MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları barədə internet resurslarında heç bir məlumata rast gəlinmir.

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Dövlət başçısının çıxışından nümunə götürə bilməyən Universitet

Prezident İlham Əliyev cənabları Nazirlər Kabinetinin iclaslarında və digər çıxışlarında dəfələrlə dövlət qurumlarının israfçılığa yol vermələri, büdcə vəsaitlərini səmərəsiz xərclədiklərini vurğulayıb.

Prezident 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində olan müşavirədə dövlət təşkilatlarının bəzi hallarda xərcləri şişirtdiklərini qeyd edərək İqtisadiyyat və Maliyyə nazirlərinə bu sahədə ciddi nəzarət mexanizminin tətbiq olunmasını bildirdi.

Lakin belə görünür ki, dövlət başçısının çıxışının mahiyyətini dərk edə bilməyən, dünyanın və regionun iqtisadi böhranda boğulduğu bir zamanda hələ də büdcə vəsaitlərini səmərəsiz işlərə xərcləyən büdcə maliyyəli təşkilatlar var.

Sifarişçi olduğu tenderin predmetlərinə diqqət etdikdə əminliklə demək olar ki, Prezidentin çıxışının ziddinə gedən, büdcə vəsaitlərini havaya sovuran təşkilatlardan biri də Sumqayıt Dövlət Universitetidir.

95.303 manat nəyə xərclənib?

SDU-nun sözügedən tenderinin predmetlərinə görə qalib elan edilən “FAMİLY 22 FN” MMC 500 ədəd SDU loqolu dəri bloknot almalıdır.

Müasir dünyanın inkişaf etmiş ölkələrində, cəmiyyətlərində insanların dəri məhsullarından bütünlüklə imtina etdiyi bir zamanda kollektivinin böyük əksəriyyəti ali savadlı olan, cəmiyyətimizə savadlı kadrlar yetişdirən, övladlarımıza təhsil verən bir ali təhsil ocağı yubileyində dəridən 500 bloknot alınması üçün büdcədən pul xərcləyir.

Tender müqaviləsinin digər predmeti daha biabırçıdır: 500 ədəd SDU loqolu yaxa sancağı tökmə qəlib 1 rəng qutulu. Hər hansı Avropa ölkəsində ali təhsil müəssisəsinin tökmə qəlibli yaxa sancağına büdcədən pul xərcləməsini də təsəvvür edə bilirsinizmi?

Əgər Avropada hansısa universitet belə bir iş görsəydi, cəmiyyətin reaksiyasını hər kəs görərdi.

SDU-nun məlum tenderində daha bir absurd məqam isə 500 ədəd dəvətnamənin alınmasıdır.

Texnologiyanın inkişaf etdiyi, videokonfransların geniş yayıldığı, əlaqə saxlamaq üçün çoxsaylı internet vasitələrinin olduğu bir dövrdə hələ də 60 illik tədbiri üçün 500 ədəd dəvətnamənin alınması absurd olduğu qədər, həm də büdcədən vəsait xərcləmək bəhanədir…

Tender müqaviləsinin predmetlərindən biri də tədbir üçün 500 ədəd SDU loqolu brelokun alınmasıdır. Bundan başqa, gülüş doğuran digər məqam isə SDU-nun büdcədən 95.303 manat xərclədiyi tenderdə “Konfrans materiallarının nəşri”ni 300 sayda sifariş etməsidir.

Ali təhsil müəssisəsi dövlətin büdcəsi hesabına 500 brelok alır, amma 300 jurnal nəşr etdirir. Bu da kitaba, jurnala, elə həmin ali məktəbdə elm və təhsilə verilən qiymətin təzahürüdür.


Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovdur.

E.Hüseynov 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.Qlobal.az
 

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti