"Onkologiya Mərkəzi elə bil bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın"
55 yaşlı Validə Tanrıverdiyeva 10 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O deyir ki, 2013-cü ildən Milli Onkologiya Mərkəzində qeydiyyatdadır, ancaq müalicə qiymətləri "əl yandırır".

Onun sözlərinə görə, mərkəz dövlət müəssisəsi olsa da, bütün xidmətlər pulludur:

“Təsəvvür eləyin, bir dəfə qan analizinə görə məndən 84 manat pul istəmişdilər. Orada xəstələrlə söhbət edirsən, hərəsinə bir qiymət deyirlər. Ürəyin exo-kordioqraması nədir ki? Bir dəqiqəlik olan işdir. Tibb bacısı məndən ona görə 50 manat pul istədi, həkim də dedi ki, o təkrar gəlib, 25 versin, bəsdir. Dedim nə danışırsınız? 50 nədir, 25 nədir? Bura dövlət xəstəxanasıdır. Elə bil ora bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın, amma əksəriyyəti də elə deyilən pulu verir” .

Pulsuz müalicə almaq üçün əli hər yerdən üzülən Validə xanım Prezident Administrasiyasına da müraciət edib. Amma ona kömək göstərilməyib:

"Mənə hormonlarla bağlı 4 iynə yazıblar, biri 4 mindir. İynələr 16 min manat edir və mənim pulum yoxdur deyə, bunları ala bilməmişəm".

Validə Tanrıverdiyeva əlində-ovcunda olan bütün pulu müalicəsinə xərcləyib, amma hələ də sağlamlığına qovuşa bilməyib:

“Axırıncı dəfə həkim dedi ki, artıq sənə bu müalicələrin heç bir təsiri yoxdur, uşaqların var, nəvən var, get ölümünü gözlə. Onkologiyanın qapısından içəri girirsiniz, orada olan kişilər, qadınlar, hamı narazıdır. Hamısının üzündə elə kədər, hüzn var ki, üzlərinə baxan kimi oxuyuram onların vəziyyətini, elə yazığım gəlir. Hamı deyir ki, burada insanları öldürməklə məşğuldurlar”.

TEREF.AZ yazır ki, abzas.org-un verdiyi xəbərə görə, 2022-ci ilin əvvəllərinə olan rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 59 min nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Ötən il 13 min 644 nəfərə bu diaqnoz qoyulub. Xərçəng diaqnozu qoyulan şəxslərin 53 faizi qadınlar, 47 faizi kişilərdir.

Onkoloq Nəsimi Qasımov deyir ki, yerli səhiyyə müəssisələrinə ayrılan dövlət vəsaiti artsa, həkimlər vətəndaşların ümidinə qalmaz:

“İstəyərdim ki, onkoloji xəstəliklər də dövlətin sosial sığorta zərfinə düşsün. Çünki bu xəstəliklə müalicənin ciddi maddi tərəfi var. Kimyəvi dərmanların qiymətləri manat devalvasiya edənə kimi bundan qat-qat yaxşı idi. Əgər dövlət maliyyəsi kifayət qədər yaxşı olsaydı, düşünürəm ki, bundan yaxşı işləyə bilərdik. Kütləvi profilaktiki baxışı təkmilləşdirə bilsəydik, aşkarolunma artardı və bizim də nəticələr daha yaxşı olardı”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Milli Onkologiya Mərkəzinə sorğu ilə müraciət etdik. Nazirlik bu məsələnin onların səlahiyyətinə daxil olmadığını bildirdi, Onkologiya Mərkəzi isə ümumiyyətlə sorğuya cavab vermədi.

Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Gələcəyə Baxış – 2020” İnkişaf Konsepsiyasında dövlətin 2020-ci ilə kimi həyata keçirilməli olan planlarında qeyd olunurdu ki, dövlət sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər həyata keçiriləcək. Onkoloji xəstələrə müvafiq dərmanların pulsuz təqdim edilməsilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı da var.
 
 
 

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti