Beyləqanın icra başçısının daha bir ÖZBAŞINALIĞI... - Bu fakt ARAŞDIRILMALIDIR...
DogruXeber.az: - Beyləqan İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə bağlı ilginc informasiya yayılıb. DİA.AZ bildirir ki, bu barədə RealMedia.az portalı paylaşım edib. Posrtalın iddialarına görə, bu ilin yazında icra başçısı sabiq SOCAR prezidentinin qudasına məxsus “Azəraqro” MMC-yə Şərq qəsəbəsinin “Sarısu” ərazisindəki 2500 hektar torpaq sahəsini özünün imzaladığı 05.05.2022-ci il tarixli, 62 saylı sərəncamı və 7 saylı müqaviləsi ilə icarəyə verib. İllərdir həmin ərazidə fərdi təsərrüfat qurub dolanışılqlarını təmin edən vətəndaşların məcburi qaydada çıxarılmasına səy göstərilir. Tərəflər arasında qarşıdurma yarandığı deyilir. Hətta məlumatlarda qeyd olunur ki, Asif Ağayev həmin 2500 torpaq sahəsinin 200 hektarını özü üçün əkəcəyi barədə sövdələşib.
Sözügedən torpaq sahəsi keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun balansında olub. Sovet təsərrüfat sistemi dağılandan sonra əslində həmin torpaqlar islahata getməli və sovxoz üzvü olan zəhmətkeşlər arasında paylanılmalı idi. Görünür, torpaqların konsolidasiyası məsələsinə görə bu, məqsədəuyğun hesab edilməyib, yaxud, sovxozçular öz hüquqları uğrunda yetərli mübarizə aparmayıblar. Daha məntiqli həll bu olardı ki, o torpaqlar hərrac yolu ilə satılsın. Amma bütün hallarda ayı və şirin bölə bilmədiyinə Asif Ağayev təkbaşına sərəncam verməli, həmin geniş, münbit, əkin sahələrini özünün mənsub olduğu klanın korporativ maraqlarına tabe etdirməməliydi. Redaksiya olaraq, bu işə ictimaiyyəti, hüquqşünasları cəlb edib Beyləqanın şahənşahının 62 saylı fəramayişinin nə dərəcədə əsaslı olub-olmadığını incələməyə çalışacağıq. Əlbəttə ki, suallarımızın biri və birincisi hörmətli Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova ünvanlanacaq.
Mövzuya qayıdacağıq!
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədən Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslər barədə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi acımış və hazırda da cinayət işi Baş İdarənin İstintaq idarəsinə araşdırılır. //RealMedia.az//

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti