Biləsuvarda dövlət büdcəsini köhnə qayda ilə YEYİRLƏR... - Buyurun baxın...

 

Azərbaycanda tutulan məmurların, varlıların həbsxanalarda pul gücünə, müalicə müəssisələrində rüşvət hesabına lüks şəraitdə qalması təəccüb doğuran hal deyil. Ölkədən beşikdən qəbirə qədər rüşvət varsa, deməli, türmələrə də ayaq açması məntiqlidir. Misal üçün keçmiş MTN generalı Akif Çovdarovdan tutmuş sabiq səhiyyə naziri Əli İnsanova qədər, eləcə də digər həbs görmüş məmurların, icra başçılarının komfort şəraitdə, kurorta bənzər hücrələrdə həbs çəkdiyini eşitmişik.
Bura daxildir: telefondan istifadə, televizor, müasir hamam şəraiti, hətta trenajor zalı, hovuz, bir sözlə, kefin istəyən xidmət…Sanki həbsdə yox, Antalyadasan və qətiyyən səni darıxmağa, özünü dustaq kimi hiss etməyə qoymurlar. Lakin demə, bu lüksü pulu olan hər kəsə tanıyırlar, təkcə korruspioner məmurlara yox!
Cumhuriyyet.az-a verilən məlumata görə, bir mənzili bir neçə adama satdığı üçün dələduzluq əməli ilə həbs edilmiş “Sahil – s İnşaat” MTK-nın vəzifəli şəxslərindən biri olan Pənah Kərimov da yenidən həbsə qaytarıldıqdan sonra bu imkanlardan yararlanır.
Məlumata görə, 165 ailəni evsiz-eşiksiz qoymuş, pullarını mənisəmiş, hətta bir dəfə rüşvətlə ev dustaqlığına buraxılmasına nail olmuş, lakin Baş Prokurorluğun əsaslı protesti nəticəsində təzədən dörd divar arasında göndərilmiş Pənah Kərimov indi də özünə rahatlıq qurmağa başlayıb.
Onun pul hesabına guya səhhətində problem olması adı ilə müalicə müəssisəsinə köçürüldüyü xəbərləri gəlməkdədir. Şirkətin fırıldağının qurbanı olmuş sakinlərin əldə etdiyi xəbərə görə, Pənah Kərimov müalicə müəssisəsində özü üçün Bodrum kurortu qurub və kral kimi yaşamağa davam etməkdədir.
Təbii ki, bütün bunlar rüşvət sayəsində mümkündür və ölkədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hansı vəziyyətdə olduğunu gözlər önünə sərir. Yəni sən cinayət elə, vətəndaşların haqqını ye, 165 ailəni, onların övladlarının mənzil sahibi olmaq sevincini ürəyində qoy, sonra xəstəlik adı ilə müalicə müəssisəsində kef çək…
Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan bilgilərə görə, Pənah Kərimov orada özünə əməlli-başlı oliqarx həyatı qurub: istədiyi vaxt mobil telefondan istifadə edir, isti suyu, çay-kofesi, yeyib-içməyi, lüks hamam-tualet şəraiti, hər cür qulluq, hər bir müalicə…
Hərçənd səhhətində hər hansı problem olmadığı deyilir. Görəsən, dələduz tikinti şirkətinin rəhbər şəxsi nə qədər rüşvət verib ki, ona belə şərait yaradılıb? Adətən Norveç, Danimarka kimi ölkələrdə, yəni az cinayətlər olan dövlətlərdə məhkumlara lüks şəraitli həbsxana şəraiti ilə təmin edirlər. Pənah Kərimov isə cənnəti burada tapıb.
Bununla bağlı MTK-dan mənzil almış sakinlər Ədliyyə naziri Fikrət Məmmədova müraciət ediblər. Onlar nazirdən xahiş edirlər ki, Pentensiar Xidmətə və aidiyyatı müalicə müəssisəsinə araşdırma aparılması üçün tapşırıq verilsin. Sakinlər qeyd edirlər ki, Pənah Kərimov Bakı İstintaq Tərcridxanasında saxlanılmalı, məhkəmənin hökmündən sonra ağır rejimli cəzaçəkmə müəssisələrindən birinə köçürülməlidir.
Sakinlər deyirlər ki, Baş Prokurorluq protest verərək onu həbsə göndərdikdə bir daha Pənah Kərimovun dələduzluğa yol verildiyi təsdiqlənib. Eyni zamanda, onu maraq müqabilində ev dustaqlığına buraxmış hakim barəsində də təftiş aparılır. Belə olan halda Pənah Kərimov kimi fırıldaqçı, saxtakar və dələduzluq etmiş şəxsin rüşvət qarşılığında yalandan özünü müalicə müəssisəsinə yerləşdirməsi mütləq araşdırma tələb edir.
Sakinlər nazir Fikrət Məmmədovdan, o cümlədən Pentensiar Xidmət rəhbərliyindən xahiş edirlər ki, təcili surətdə məsələ dəqiqləşdirilməlidir. Çünki Pənah Kərimovun kef içində olmağa mənəvi baxımdan heç bir haqqı çatmır. Əks təqdirdə, bu fakt Ədliyyə Nazirliyinin, onun nəzarətindəki Pentensiar Xidmətin, müalicə müəssisələrinin hansı gündə olduğunu, rüşvətə bulaşdığını ortaya qoymuş olacaq.
Bu ləkədən xilas olmaq üçün sözügedən şəxslə bağlı məsələ yoxlanılmalıdır. Sakinlər inanırlar ki, nazir Fikrət Məmmədov onların müraciətinə müsbət reaksiya verəcək. Müraciətdə deyilir: “Cənab nazir, Pənah Kərimovla Tale Alaverdiyev Yeni Günəşlidə tikilən binada bir mənzili 4-5 adama satmaqla dələduzluq etmiş şəxslərdir. Hər ikisi həbs edilib və istintaq gedir. Onlar böyük pullar mənimsəyib, insanları aldadıblar. Hazırda biz sakinlər öz gücümüz sayəsində problemlərimizi həll edirik. Həmçinin, Baş Prokurorluq və Prezident Administrasiyası da bizim müraciətlərə biganə qalmadı, üzləşdiyimiz qanunsuzluqlarla bağlı müvafiq addımlar atdılar. İndisə Ədliyyə Nazirliyindən oxşar addımı gözləyirik və ümid edirik ki, söylədiklərimiz əsasında Pənah Kərimovla bağlı araşdırma başlanacaq. Bu adam sanki həbsdə yox, evindədir. İstədiyi komfortla təmin edilib. Görəsən, onun “ala qaşına, gözünə aşiq olublar”? Hansı maraq qarşılığında onun telefondan istifadədən tutmuş digər xidmətlərə qədər istifadə etməsinə şərait yaradılıb? Sanki istirahətə yollanıb. Biz xahiş edirik ki, bu detal yoxlanılsın və dərhal istintaq təcridxanasına qaytarılması təmin edilsin”.

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti