Naxçıvanda bir praporşikin generala qədər "ildırımsürətli" karyerası -
Naxçıvan “sehirbazları”nı tanıyaq rubrikasının bugünkü qonağı general mayor Səxavət İbrahim oğlu Salmanovdur.
Səxavət Salmanov 1961-ci ildə anadan olub. 1980-ci illərdə Almaniyada sovet ordusu sıralarında gizir rütbəsində çalışıb və yük deposunda anbardar işləyib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1669442063_2.jpg
Sovet hakimiyyətinin dağılması ilə Səxavət Salmanovun həyatında yeni mərhələ başlayıb. O, Naxçıvana qayıdaraq Səfərbərlik Komitəsinin müxtəlif şöbələrində işləyib. 2000-ci ildə 40 yaşında “Perevod” İsanın rektorluk etdiyi Naxçıvan Dövlət Universitetinin Əmək müəllimi fakültəsindən məzun olub. Özü də əyani təhsil alıb. Yəni işləyə-işləyə oxuyub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1669442061_3.jpg
20012-ci ildə xan həzrətlərinin fərmanı ilə Naxçıvan MR Səfərbərlik və Çağırışlarçılarla iş üzrə müvafiq idarənin rəisi vəzifəsinə gətirilib. 2015-ci ildə general rütbəsi alıb. 2019-cu ildə işdən qovulub.
Gizirlikdən generallığa yüksələn və heç bir hərbi savadı olmayan, sadəcə Perevod İsanın imzası ilə əmək müəllimi diplomuna layiq görülən Səxavət Salmanovun bu reaktiv yüksəlişi, sonra isə birdən-birə “qəzaya uğraması” “xan”la qudalığı ilə əlaqələndirilir. Maraqlıdır ki, əslində Səxavət müəllimin özü yox, qardaşı Ədalət “xan”la quda olub. Özü isə Naxçıvan iqtisadiyyatını darmadağın edib aldığı şapkalarla iş adamlarını batıran sabiq İqtisadi inkişaf naziri Famil Seyidovla qudadır.
Xanla qohumluğun sayəsində Ədalət həkim Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinə baş həkim, onun qardaşı Səxavət isə Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunur. Daha sonra qudalıq pozulunca həm Ədalət, həm də Səxavət işdən çıxarılır.
Səxavət Salmanovun hazırda Bakının milyonçular məhəlləsində 6 milyon manat dəyərində 3 mərtəbəli bir villasının olduğu bildirilir. Bakıda və Naxçıvanda çoxsaylı obyektləri, iş yerləri var. Təbii ki, bütün bu sərvətlərin hamısı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinin ona qazandırdığı ilkin kapital sayəsində meydana gəlib.
Naxçıvanda əsgərlikdən yayınmanın “şirinliyi”nin məhz Səxavət Salmanov tərəfindən artırıldığı qeyd olunur. Onun miras qoyduğu çağırışçılar tarifi indi də davam edir: Həqiqi xəstədən 4 min, sağlamdan isə 8 min manat.
Səxavət Salmanov həm də istefada olan general kimi yaxşı pensiya alır. Sağlığına qismət, dövlət ona yaxşı "ixtira"larına görə ayda 4000 manata yaxın təqaüd verir.
Heydır Oğuz
Teref.az
 
 
 

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti