Naxçıvanın həftəbecər generalı Daşqın Rəhimov kimdir:
Naxçıvanın Ədliyyə naziri, həftəbecər general Daşqın Rəhimov cəmi 3 il ərzində hərbi mayordan ədliyyə generallığına yüksəlib.
“Qara Pişiyin” iddiasına görə, Daşqın Rəhimov zəhmətkeş ailədə dünyaya göz açıb. Atası Hidayət Rəhimov qaynaqçı işləyib. Daşqın müəllimin özü də əmək fəaliyyətinə keşməkeşlərlə başlayıb. O, ilk əvvəl Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nadzor vəzifəsi daşıyın. Nadzorların rütbəsi isə uzaqbaşı çavuş, baş çavuş olur. Daha sonra tale onun üzünə gülməyə başlayıb. Cahan Holdinqin prezidenti Vüqar Abbasovla qohum olan Daşqın müəllim MR Ədliyə Nazirliyindən MR Prokurorluğuna keçib. Əvvəl MR Prokurorluğunda Katiblik şöbəsində rəis köməkçisi işləyib. Ardınca da Şahbuz rayon prokuroru təyin olunub. Cəmi 1 il Şahbuz rayon prokuroru işləyən Daşqın Rəhimov 2019-ci ildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis vəzifəsinə gətirilir.
Onun rəhbərliyi altında fəaliyyət göstərən sabiq işçilərinin dediyinə inansaq, bu xidmətə rəhbər təyin ediləndə Daşqın Rəhimov ədliyyə mayoru idi. Yeni vəzifəsində ona dərhal dərhal hərbi rütbə - polkovnik leytenant rütbəsi verilir. Halbuki xidməti rütbədən hərbi rütbəyə keçmək qanunən mümkün deyil. Üstəlik, mayordan polkovnik-leytenantlığa yüksəlmək üçün ən azı 6 il xidmət göstərməlisən. Daşqın Rəhimov isə bu iki qat müşkülün öhdəsindən cəmi bir neçə ay ərzində gəlməyi bacarır. Bununla da qalmır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəhbərliyinin 9-cu ayında birdən-birə polkovnikliyə də yüksəlir. Təbii ki, hərbi sahə üzrə polkovnik olur. 9 aydan sonra növbəti sürprizə də imza atır. O, Naxçıvan “xan”ı Vasif Talıbovun 27 aprel aprel 2020-ci il tarixli fərmanı ilə Ədliyyə naziri təyin olunur və generallıq rütbəsinə yüksəlir. Bu dəfə də hərbi rütbədən xüsusi rütbəyə qayıdır.
Qısası, Daşqın Rəhimov 3-4 il ərzində mayorluqdan generallığa yüksəlir. Özü də gah xüsusi, gah da hərbi rütbələr arasında var-gəl edə-edə. Hətta arada bütün rütbələrindən imtina edib Azercell-in Naxçıvan bürosunun rəhbəri vəzifəsində də çalışır. Odur ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin işçiləri öz aralarında ona ya həpcoş general, ya da həftəbecər general da deyirlər.
Həftəbecər general olmağına baxmayın, Daşqın Rəhimov mal varlığı baxımdan bir çox nazirləri kölgədə qoyacaq imkanlara sahibdir. “Qara Pişiy”in dediyinə görə, Naxçıvan şəhərinin mərkəzində onun yan-yana iki böyük dükanı var. Bunlardan biri telefon dükanıdır. Digərini isə “Ferda şirniyyat” adlı şirkətə kirayəyə verib. Bundan əlavə yaxın qohumu Vüqar Abbasovun adına rəsmiləşdirilmiş “Cahan” AVM-dəki məşhur çayçı da Daşqın Rəhimovdur. Naxçıvana bütün konturları gətirmək və satmaq onun inhisarındadır – “Nar”dan tutmuş “Azercell”ə qədər.
Daşqın Rəhimovun əsas gəlir mənbəyi isə Naxçıvanda fəaliyyət göstərən notarial xidmətlər, nigah evləri və s. kimi Ədliyyə Nazirliyinə aid qurumlardır. Təbii ki, Naxçıvanın Guantanamo ləqəbli Böyükdüz əsirxanası da onun nəzarətindədir. Hər gün bu əsirxananın dustaqlarının qul kimi işlədildiyi plantasiyalar da Daşqın Rəhimovun sərvətlərini adına müvafiq şəkildə daşdırır. Bu sərvətlərin sayəsində Ədliyyə nazirinin Naxçıvan şəhərində çox möhtəşəm iqamətgahı da var, maşınları da həmçinin. Özü Lexus 570 markalı maşın, oğlu isə Mazda 6 sürür. Nömrələri də elə maşın qiymətinədir. Öz maşını 500, oğlunun maşını isə 444 rəqəmləri ilə bitir. Bir sözlə, Naxçıvanın Ədliyyə naziri elə-belə generallardan deyil. O, bütün sərvətləri və hərəkətləri ilə həpcoş və ya həftəbecər genaral adını doğrultmağa çalışır.
Heydər Oğuz
Teref.az

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti