Fərhad Əhmədov nəyin axtarışındadır?
Fərhad Əhmədovun bir milyarder və bir azərbaycanlı kimi öz ölkəsinə münasibəti heç zaman birmənalı olmayıb. Zaman-zaman o fərqli qüvvələr sırasında yer alıb. Və imkan düşdükcə ortaya siyasi iddia da qoyub.

Lakin o, siyasi iddiasını gerçəkləşdirmək üçün xarici havadarlarının sevgisini qazanmağa çalışıbmı? Biz bunu son 30 ilin müxtəlif dönəmlərində görmüşük.

Fərhad Əhmədov “Milyarderlər klubu”nun ilhamvericisi kimi

10 il öncə Rusiyada Azərbaycana qarşı siyasi məqsədlər üçün yaradılan “Milyarderlər klubu”nun ən fəal dəstəkçilərindən biri məhz Fərhad Əhmədov idi. O, böyük həvəslə bu “klub”un tədbirlərinə qatılırdı. Hətta mətbuat konfranslarını da qaçırmırdı.

Bütün bunlarsa elə belə deyildi. Bu, ona milyarder olmaq imkanı verən bir dövlət qarşısında bir öhdəçilik idi. Missionerlərinsə tələbi bu idi ki, Azərbaycan dünyanın qarışıq bir bölgəsinə çevrilsin. Anti-milli və anti-dövlət maraqlardan formalaşan bu istəyin icraçılarından biri də məhz Fərhad Əhmədov idi.

Bu, Azərbaycandakı sabitliyi və ictimai-siyasi vəziyyəti qarışdırmaqla bəzilərinə öz sədaqətini göstərmək və öz əməli “töhfəsini” vermək istəyi idi.

Milyarder Azərbaycan üçün niyə “yol xəritəsi” hazırlamışdı?

2019-cu ilin sonunda Azərbaycan parlament seçkilərinə hazırlaşırdı. Məhz həmin dövrdə Fərhad Əhmədov yenidən öz siyasi iradəsini ortaya qoymaq istədi.

Milyarder o zaman hətta Azərbaycanın gələcək inkişafıyla bağlı “yol xəritəsi” ilə “çıxış etdi”. Geniş bir yazı yazdı. Bu yazısında Fərhad Əhmədov dövlətçilik və milli maraqlardan daha çox ölkəmizdəki “5-ci kolon”un maraqlarını irəli çəkirdi. Fərhad Əhmədov yazısında növbədənkənar parlament seçkilərini dəstəklədiyini bildirsə də Milli Məclisin tərkibində qruplaşmaların, təsadüfi adamların olduğunu qeyd etmişdi.

Əslində milyarder bu yazısı ilə özünü Azərbaycan cəmiyyətinə “konstruktiv müxalifət” kimi təqdim edirdi. Ona görə də Fərhad Əhmədovun bu çıxışını Əli Kərimli və onun ətrafına toplaşan ünsürlər də həvəslə dəstəklədi.

Əli Kərimli Fərhad Əhmədovu niyə dəstəklədi?

Əli Kərimlinin Fərhad Əhmədovun “yol xəritəsinə” isti yanaşması tamamilə başa düşülən idi. Çünki, Əli Kərimli üçün Fərhad Əhmədov tam istədiyi şəxs idi. Həm milyardları vardı, həm də xarici qüvvələrin himayəsində idi. Lakin Fərhad Əhmədovun “yol xəritəsi” yaxın çevrəsindən və anti-milli qüvvələrdən başqa heç kimin diqqətini çəkmədi.

Fərhad Əhmədov Göyçayda Ramiz Mehdiyevin emissarı ilə nələri müzakirə edib?

Fərhad Əhmədov təkcə “yol xəritəsi” hazırlamırdı. Həm də fürsət düşdükcə müxtəlif daxili danışıqlara da gedirdi. Əldə etdiyimiz məlumatlara görə milyarder o zaman Göyçaydakı villasında mütəmadi olaraq Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bir araya gəlirmiş. Hətta bu görüşlərin birinə Mehdiyev özü də qatılıb.

Bu görüşlərdə yeni formalaşacaq parlamentdə “5-ci kolona” yaxın daha çox deputatın təmsil olunması məsələsi müzakirə edilib.

Fərhad Əhmədov öz çirkin oyunlarından heç zaman əl çəkmədi. Öz ağalarından aldığı göstərişlərlə Azərbaycanda aranı qarışdırmağa fürsət gözlədi. Üstəlik, missionerlərinə özünün digər fərdi yardımlarını da təklif etdi. Nəticədə o da Avropa İttifaqının “qara siyahı”sına düşdü.

Fərhad Əhmədov mövgeyini dəyişir?

Di gəl ki, milyarder bu sanksiyalarla razılaşmadı. Digər sanksiyaya məruz qalanlardan fərqli olaraq Fərhad Əhmədov Avropa İttifaqına müraciət edib və ona qarşı tətbiq edilən sanksiyaların ləğvini istəyib.

Aİ milyarderin müraciətinə hələki cavab verməyib. Amma burda bir maraqlı sual ortaya çıxır.

Fərhad Əhmədov öz ağasını dəyişməkmi istəyir?

Bu sualın cavabını isə artıq zaman göstərəcək...(Bizim. Media)
 

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti