Qanuna qalib gələn hakim: narkoticarətdə ittiham olunan adama necə bəraət verildi?
Azərbaycan dövlətinin, hüquq-mühafizə orqanlarının prioritet mövzularından biri də narkotiklərə qarşı mübarizədir. Dünyanın bəlasına çevrilən bu "ağ ölüm"ün Azərbaycanda da izlərinə tez-tez rast gəlinir. Demək olar ki, hüquq-mühafizə orqanları hər gün rəsmi açıqlamalarında paytaxtda və bölgələrdə narkotik bəlası ilə mübarizə apardıqlarına dair faktlar yayırlar. Hətta, cənab nazir Vilayət Eyvazovun bu sahədə ardıcıl addımları və barışmaz mövqeyi də xeyli diqqət çəkir. Amma görünür ki, əsasən İrandan qaynaqlanan bu narkoticarət şəbəkəsi hansısa yollarla günü-gündən "çiçəklənməyə" can atır...

Bu mövzuya təsadüfən toxunmadım, çünki bu şəbəkənin uzantılarından biri də doğulduğum Salyan rayonundadır. Bunu isə biz yox, illər öncə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat da təsdiqləyir...

Xatırladım ki, bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu 2017-ci ildə 9 il həbs cəzası almışdı. Onun evindən 10 kiloqrama yaxın narkotik maddə aşkar olunmuşdu. Hətta, bununla bağlı keçirilmiş polis əməliyyatının da videogörüntüsü var.



Amma bir neçə aydan sonra Elşən Məmmədovun azadlığa çıxması ilə bağlı məsələ hətta Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Çıxışa doğru" proqramında da müzakirə olundu.

Həmin verilişə baxanlar yaxşı xatırlayır ki, qonaqlardan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu kimi halların cəmiyyətimizin inamına ciddi zərər vurduğunu deyirdi, hətta bəzi məhkəmə instansiyalarını da kəskin tənqid edirdi.

Bəs təzad nədir?

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilən Elşən Məmmədov bir neçə aydan sonra Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə naməlum səbəbdən azadlığa çıxmışdı. Şirvan Apellyasiya Məhkəməsinin bu qərarı isə həm rayon, həm də ölkə ictimaiyyəti tərəfindən ikrahla qarşılanmışdı.

Hörmətli Rauf Zeynini narahat edən məsələ də məhz bu idi...

"Bir hüquq-mühafizə orqanının həbs etdiyi məhkumu başqa bir hüquq-mühafizə orqanı kimdənsə rüşvət alaraq, azadlığa buraxır. Axı bu necə ola bilər? Əgər bir adam narkotacirlik edib, bizim minlərlə balamızı zəhərləyirsə, onu necə azadlığa buraxmaq olar? Bu, heç cür mümkün olan məsələ deyil. Belə hallar baş verəndə isə cəmiyyətimizdə inamsızlıq yaranır. Cəmiyyət də elə düşünür ki, narkotacirlərə ölüm yoxdur, heç kəs bunlara toxuna bilmir və s. Bu kimi hallar isə Azərbaycan cəmiyyətinə çox ciddi zərbə vurur, cəmiyyətdə inamsızlıq yaradır. Mən üzümü müvafiq orqanlara və şəxslərə tutaraq demək istəyirəm ki, görün nə qədər təhlükəli vəziyyət yaranıb, Daxili İşlər naziri cəmiyyəti, insanları narkomaniyaya qarşı mübarizəyə çağırır...", - deyə o, vurğulamışdı.



Verilişin digər qonaqları da Azərbaycanda son illər narkomaniyaya yoluxanların sayında artım olduğunu deyir, Şirvan Apellyasiya Məhkəməsinin bu qərarını qınayırdılar.

Təbii ki, bir salyanlı olaraq bu məsələ məni də narahat etməyə bilməzdi. Çünki narkotika gənclərimizi və gələcək nəsillərimizi zəhərləyən ciddi bir bəladır.

Biz bu faktı və görüntüləri "Demokrat.az" saytında işıqlandırandan az sonra Elşən Məmmədov və ona yaxın şəxslər bizə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməyə başladılar. Amma bu, gerçəyi dəyişə bilmədi və bilməzdi də...

Məni narahat edən digər məsələ isə Şirvan Apellyasiya Məhkəməsinin bu müəmmalı qərarı idi. Bu, müəmmalı qərar cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili siyasətə, məhkəmə-hüquq sistemində aparılan islahatlara kölgə salan bir qərar idi. Təəssüf ki, hansısa müəmmalı səbəblərdən məhkəmə belə bir qərar vermiş, gələcəyimizi, Azərbaycanın əsgəri olacaq gənc salyanlıların zəhərlənməsinə vəsilə olan Elşən Məmmədov kimi şəxsə və bir şəbəkənin uzantısına "yaşıl işıq" yandırmışdı...

İndi hüquq-mühafizə orqanlarından soruşuram: əgər Elşən Məmmədov narkotacir deyildisə, hələ də sosial şəbəkələrdə və AzTV-nin arxivində qalan görüntülər nəyin sübutudur?

Yox, əgər, doğrudan da, belə bir əməliyyat keçirildisə və Lənkəran Ağır Cinayətlər Məhkəməsi belə bir qərar verdisə, bəs həmin qərarın dəyişməsinə kimlər və necə müdaxilə etdilər? İndi kim zəmanət verir ki, həbsdən qurtulan Elşən Məmmədov kimi şəxslər bundan sonra cəmiyyətə daha ağır və arzuolunmaz fəsadlar verməyəcək? Ümumiyyətlə, kimdir bu şəxs və şəxslərə "toxunulmazlıq statusu" verənlər?

Burada Ulu Öndər Heydər Əliyevin məşhur bir fikrini vurğulamağı vacib sayıram: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə...."

Böyük bir elmi işin mövzusu olan bu dahiyanə deyilmiş cümlə üzərində düşünməyə gərək var. Düşünün, cənablar, çünki gələcəyimiz və övladlarımızın taleyi verəcəyiniz qərarlardan asılıdır...

Hörmətlə,

"Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti