“FOHOW – AZƏRBAYCAN”I İRAN İSLAM RESPUBLIKASINA HANSI TELLƏR BAĞLAYIR?
Məlumdur ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulan “FOHOW” Beynəlxalq Korporasiyasının nümayəndəliyi 8(səkkiz) ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bu Korporasiya əsas etibarilə insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğul olur. Son vaxtlar müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının iflasa uğrayıb bağlanacağı barədə müəyyən söz-söhbətlər dolaşır. Bu həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də bütövlükdə istehlakçıları narahat etməkdədir. Bundan əlavə, bəzi media qurumlarında bu şirkətin fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd addımların atılması barədə də müəyyən məlumatlar tirajlanmaqdadır. Məsələn, yayılan məlumatlarda qeyd olunur ki, “FOHOW” Beynəlxalq Korporasiyasının rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən 14 nümayəndəlikdə çalışan şəxsləri işə götürərkən tərəflər arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, nümayəndəliklərə satış məqsədilə məhsullar verilir, amma bunun qarşılığında həyata keçirilən nəğd ödənişlərlə bağlı çek verilmir. Hətta, bu şirkətin nəzdindəki ofislər fəaliyyət göstərdikləri ünvanların sahibləri ilə də icarə müqaviləsi bağlamırlar. Məsələn, Korporasiyanın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev-57/59 ünvanında yerləşir və həmin ünvanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olan Tamerlan müəllimə məxsus olduğu bildirilir. Söylənilənlərə görə, bu iki tərəf arasında heç bir icarə müqaviləsi sənədi imzalanmayıb. Faktdır ki, tərəflər arasında icarə müqaviləsi sənədinin imzalanmaması həm qanundankənar addımdır, həm də bu zaman vergi cinayətlərinə qol qoyulur, əmək intizamının tələbləri pozulur və digər qanunsuzluqlara yol verilir. Media üzərindən apardığımız araşdırmalardan sonra, bu yöndə daxil olan məlumatları əsas tutub 04 oktyabr 2022-ci il tarixdə “FOHOW” Beynəlxalq Korporasiyasının baş ofisində olduq. Məqsədimiz nümayəndəliyin direktoru Nurlan müəllimlə görüşmək və adı çəkilən bu şəxsdən yayılan məlumatlarla bağlı bəzi mətləblərə aydınlıq gətirməsini xahiş etmək idi. Təəssüflər olsun ki, bu şəxsi iş yerində tapa bilmədiyimizdən, biz bu yöndə məqsədimizə nail ola bilmədik. Amma, Korporasiyanın digər əməkdaşı Yaşar müəllimlə görüşümüz baş tutsa da, o, ona ünvanlayacağımız suallara cavab vermək səlahiyyətinə malik olmadığını dilə gətirdi. Yəni, bu şəxs “Mən şirkətdə yalnız ingilis-dili dərsi tədris edirəm” deyib, məhz mətləbdən yayınmağı bacardı. Amma, bir neçə gün bundan öncə Yaşar müəllimin də çalışdığı ofisdən (foto-şəkillər də daxil olmaqla) yayımlanan paylaşımdan, verilən açıqlamadan görünür ki, bu şəxs çalışdığı ofisdə sadəcə olaraq ingilis-dili müəllimi deyil, əsas söz sahibi olan şəxslərdən biridir. Demək, Yaşar müəllimin düşüncəsi və şəxsi yanaşması çalışdığı şirkətdə qol qoyulan qanunsuzluqlara uyğun formalaşıb ki, o, yaşının belə bir çağında yalan danışmağı özünə rəva bilir.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_1668350811_3.jpg
Bütün bunlardan əlavə, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı, bu gün də bəzi çevrələrdə başqa-başqa məlumatlar yayılmaqda davam edir. Yəni, yayılan məlumatlarda bildirilir ki, xeyli müddət bundan öncə bu şirkətdə çalışan iki nəfər xanım İran İslam Respublikasının (İİR-nin) Qum şəhərinə dini təhsil almağa göndərilir. Hətta, göndərilən xanımlardan birinin həyat yoldaşı da, məhz bu şəhərdə dini təhsil almağa cəlb olunur. Yayılan başqa bir məlumatda isə qeyd olunur ki, bu Korporasiyada çalışan rəhbər şəxslərdən bir neçəsi müəyyən məqsədlərini həyata keçirmək istəyi ilə, İİR-da vəzifə sahibi olan bəzi şəxslərlə razılaşma əldə etsələr də, az sonra onların belə bir planı baş tutmur. O halda İİR tərəfindən bu şirkətə qarşı külli miqdarda kompensasiya ödənilməsi tələbi irəli sürülür. Belə bir addımların atılması “FOHOW” Beynəlxalq Korporasiyası ilə İİR arasında hansısa formada əməkdaşlığın olmasını ehtimal etməyə əsas verir. Qeyd edək ki, bu gün Korporasiyanın Azərbaycandakı şəbəkəsini Quan adlı şəxs idarə edir. Söylənilənlərə görə, bu şəxsin Lyu adlı həyat yoldaşına verilmiş oturumun müddəti ötən il başa çatıb. Buna baxmayaraq, adı çəkilən bu xanımın hələ də Bakı şəhərində olduğu və onun təsadüfi hallarda yaşadığı mənzildən bayıra çıxdığı bildirilir.
Dolaşan başqa bir söz-söhbətlərə görə, bu günlərdə şirkətin əsas rəhbəri Yu Pey Bakı şəhərində olduğundan, Korporasiyasının ölkəmizdəki nümayəndəliklərində çalışan rəhbər şəxslər arasında intensiv görüşlər təşkil olunur. Keçirilən belə bir görüşlərin nəticəsi olaraq 09 noyabr 2022-ci il tarixdə, saat təqribən 13-14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki hotellərdən (hotel təbliğ olunmasın deyə adını çəkmirik) birinin iclas zalında, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışanların tədbiri keçirilir. Bu haqda redaksiyamıza məlumat daxil olduqdan sonra, bir neçə media qurumunun əməkdaşı ilə həmin hoteldə olduq. Məqsədimiz bu şəbəkənin ölkəmizə gətirilməsində xüsusi rolunun olduğu söylənilən Yaşar müəllimə əmək müqavilələri və vergi ödənişləri, həmçinin bu Korporasiyanın İİR-da qurmaq istədiyi işlərlə bağlı bir neçə sual verib cavab əldə etmək istəsək də, məhz bu dəfə də istəyimiz elə istək olaraq qaldı. Çünki, Yaşar müəllim “Mən tədbirdəyəm, hələ ki, vaxtım yoxdur” deyib, yenə də mətləbdən yayınmağı bacardı. Onu da bildirək ki, əvvəlcə “Mən bu şirkətdə ingilis-dili tədris edirəm, başqa heç bir səlahiyyətim yoxdur” deyən bu şəxs, məhz sonrakı cavabı ilə özünün səlahiyət sahibi olduğunu sübuta yetirdi. Demək, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı yayılan məlumatlar getdikcə özünü doğrultmaqdadır.
Diqqəti bir məqama da yönəldək ki, bu Korporasiyada çalışan xanımların tam əksəriyyəti başıörtüklü qadınlardır və müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı məlumatlar daha geniş çevrələrdə yayıldıqca, hər kəsin bu şirkətə qarşı olan şübhələri getdikcə artır. Düşünürük ki, yazıda qeyd olunanlar aidiyyatı dövlət orqanlarının diqqətini cəlb edəcək və bu şirkətin fəaliyyəti birbaşa nəzarətə götürüləcək. Yəqin ki, o halda şirkətdaxili ab-hava, həyata keçirilən idarəçilik, göstərilən münasibət və s. kimi bir çox məsələlər öz həllini tapacaq.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_1668350815_2.jpg
Yaxın vaxtlarda bu şirkətlə bağlı bir çox sensasion məlumatları, ələlxüsus vergidən yayınma hallarının necə həyata keçirilməsi yöndə atılan addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq.

P.S. Yuxarıda qeyd etdiyimiz və növbəti məqalələrimizdə yayımlayacağımız faktlarla bağlı şirkətin rəhbərliyinə, Korporasiyanın Azərbaycandakı səlahiyyətli şəxslərdən olan, eyni zamanda bu şirkət tərəfindən «yeddi karat» titulu ilə ödüllənən Yaşar İsmayılovun ,,Nizami» metrostansiyasının yaxınlığındakı ofisində olub, qeyd olunan sualları bu şəxsə ünvanlasaq da, təssüflər olsun ki, Yaşar müəllim ünvanladığımız suallardan yayındı və suallarımıza cavab vermək iqtidarında olmadığını bildirdi. Bütün bunlara baxmayaraq, etibarlı mənbədən məlumat əldə etdik ki, “FOHOW” ailəsi 09.10.2022- ci il tarixdə, saat təqribən 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Arion» hotelində gizli toplantı keçirəcək. Həmin vaxt bir neçə həmkarlarımızla qeyd olunan ünvanda olub şirkətin rəhbərliyinə bir neçə sualla müraciət etmək istədik.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-11_1668350818_1.jpg
Təssüflər olsun ki, bu dəfə də şirkətin ,,ailə başçısı» heç bir jurnalisti qəbul edib açıqlama vermək istəmədi. Amma, Yaşar İsmayılov və özünü şirkətin əməkdaşı deyə təqdim edən bir nəfər şəxs bizimlə hotelin foyesində görüşüb iclasın yarım saata qurtaracağını və suallarımıza aydınlıq gətirəcəklərinə söz versələr də, az sonra eşitdik ki, «FOHOW» ailəsi gizli iclaslarını başa vuraraq arxa qapıdan qaçıblar.
Bunlara baxmayaraq, yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir. Odur ki, bizi izləməyi unutmayın.
Deryaz.az
 
 
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti