YAP-ın ŞÖBƏ SƏDRİ NECƏ OLİQARXA ÇEVRİLİB? -
Bugünlərdə yaradılmasının 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında müxtəlif yollarla varlanmış, hətta oliqarxlaşmış şəxslərin olduğu sirr deyil. “Gununsesi.info” saytı belələrindən birinin – uzun illərdir YAP Suraxanı Təşkilatının sədri vəzifəsini daşıyan Vüqar Seyidovun topdağıtmaz var-dövləti ilə bağlı araşdırma aparıb.

Sayt qeyd edir ki, YAP Siyasi Şurasının üzvü olan V.Seyidov uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkənidir. Bu qohumluq YAP-ın rayon təşkilatı sədrinin oliqarxa çevrilməsində mühüm rol oynayıb.

Belə ki, Vüqar Seyidov 14 il Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Şirvan rayonuna başçılıq edən İlqar Abbasovla birlikdə rayonun gəlirli sahələrinə əl qoyub, nəticədə, dəyəri on milyonlarla dollarla ölçülən daşınmaz əmlaka, ayda yüz minlərlə gəlir gətirən biznesə sahib olub.

Sayta məlumat verən mənbə V.Seyidovun milyonluq əmlaklarının bəziləri haqda məlumat verib.

Bildirib ki, məsələn, Nizami rayonu, 8-ci km. yaşayış sahəsi, M.Abbasov küçəsi 2 ünvanında yerləşən, ümumi sahəsi 809.82 kv.m olan 4 mərtəbəli ofis binası ona məxsusdur. Cənab Seyidov bu qiymətli əmlakı həyat yoldaşı Reyhan Seyidovanın adına sənədləşdirib.

Bundan başqa Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 70 f ünvanında yerləşən, ümumi sahəsi 506 kv.m olan kafe-çayxana, “Yaşıl Ada Uşaq Bağçası MMC” də V.Seyidovun həyat yoldaşı Reyhan Seyidovanın adına olan əmlaklardır.

Mənbə bildirib ki, Qaraçuxur qəsəbəsində yerləşən “Qədim Qarabağ” restoranı da YAP təşkilat sədrinin biznes imperiyasına daxildir.

Məlumata görə, Vüqar Seyidov tikinti sektoruna da baş vurub, mənbə bildirib ki, hazırda 21 yaşayış binasının tikintisi üçün hazırlıqlar gedir. YAP-ın yerli sədri eyni zamanda Nərimanov və Nəsimi rayonları ərazisində hündürmərtəbəli binalar tikdirib.

Cənab Seyidovun bahalı maşın həvəskarı olduğu da verilən məlumatlar sırasındadır. Mənbə bildirib ki, onun avtomobil kolleksiyasına “Range Rover”, 77-ZZ-776 nömrəli son model “Toyota Land Cruiser”, “Mercedes Benz Maybach” və s. lüks modellər daxildir.

Vüqar Seyidovun qayınatası Osman Abutalıbov da böyük biznes sahibidir. Belə ki, o 2009-cu ildə Türkiyədə “Baytaş Su və Meşrubay Pazarlama Sanayi Ticarət Limited” şirkətində 16,7 faiz pay alıb. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı (Nida Su və Meşrubat Pazarlama Sanayi Ticaret Limited), oktyabrda isə payçıları dəyişib. Abutalıbov onu tamamilə Azərbaycan kapitallı şirkətə çevirərək sahiblənib. Dekabrda şirkət İstanbuldan Sakarya bölgəsinə – Sapancaya köçürülüb.

Mənbə bildirir ki, burada Osman Abutalıbovun və ortaqlarının 14 min kv.metrdən çox daşınmaz əmlakı olub. Amma 5 il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər.

“AzPolitika”
 

Bölmənin digər xəbərləri

24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Dünyapress TV

Xəbər lenti