Azərbaycanda məktəbdə daha bir İNSİDENT —
Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qalmaqal bitmir. Ötən dəfə valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya yaratdığı problemdən dolayı məktəbə qəfil olunan basqından və şagirdlərin qorxub ağladığını xəbər vermişdik. Həmçinin olayı əks etdirən video paylaşmışdıq.

Bu dəfə isə həmin videonu lentə aldığı üçün töhmət cəzası alan məktəbin digər ibtidai sinif müəllimi Səkinə Hüseynova xəstəxanalıq olub. Səbəb məktəb direktoru Ülkər Quliyevanın təkidi və israrı ilə Səkinə Hüseynovaya verilən töhmət ərizəsinə kollektivin imza atması olub.

İmza azmayan müəllimlərə və onların ailələrinə isə basqı edib.

Qeyd edək ki, ərizədə müəllimin qeyri-etik hərəkət etdiyinə görə töhmət aldığı vurğulanıb.

Bundan xəbər tutan Səkinə Hüseynova bərk əsəbləşib və səhhəti pisləşib. Durumu kritikləşən müəllim təcili tibbi yardımla Kürdəmir Rayon xəstəxanasına çatdırılıb. Hazırda yatızdırılaraq müalicəsinə başlanıb.

Bizim.Media-ya bu barədə bir neçə kənd sakini və valideyn müraciət edib. Dediklərinə görə illərdir ki, E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qalmaqal, insident və mübahisələr bitmir. Üstəlik xoşagəlməz olayların hamısı şagidlərin gözləri qarşısında baş verir.

Valideyn Aydın Məmmədov Səkinə Hüseynovanın 4 ildir ki, nəvəsinə dərs dediyini, ondan hər hansı narazılığı olmadığını deyib:

“Nümunəvi, savadlı və yaxşı müəllimədir. Ona olunan haqısızlıqla barışa bilmirik. İllərdir bu məktəbdə qalmaqaldır. Özü də hər bir baş verənlərə uşaqlarımız şahidlik edir. Müəllimə imkan vermirlər dərsini keçsin. Bu nə deməkdir? Tədrisin yiyəsi hara baxır? Niyə məktəb direktoruna bir “dur” deyən yoxdur? Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun yanında 3 dəfə, əməkdaşı Elçin Kərimovun yanında isə bir dəfə olmuşam ki, müəllimdən nə istəyirlər?

Adam dərsini keçir, şərəfi, bacarığı yerindədir, niyə ona problem yaradılır? Direktor 20-yə yaxın qohumunu məktəbə yığıb, gəlmə müəllimləri sıxışdırır, təhqir edir, işindən bezdirir və haqsız yerə cəzalandırır. Müəllimənin səhhətinə görə çox narahatıq, ölçü götürülməsini istəyirik”.

Digər valideyn Cəfər Qurbanov da eynilə Səkinə Hüseynovaya qarşı olunan ittihamların əsassız olduğunu bildirib:

“Vallah biabırçılıqdır. Evdə uşaq dərsdən çox qalmaqaldan danışır. Bu olayların nə əvvəli var, nə axırı… Nə Xatirə Əhmədovaya, nə də Səkinə Hüseynovaya işləməyə imkan verilmir. Səkinə Hüseynova 6 ildir məktəbdə çalışır və imtahanlarda yüksək nəticə göstərdiyinə görə direktor tərəfindən gözüm çıxdıya salınır. Ülkər Quliyeva elə hesab edir ki, Səkinə Hüseynova onun yerinə keçməyə iddialıdır. Hətta kənddə müəllimə qarşı təbliğat da başlayıb. Dəfələrlə Təhsil Şöbəsində olmuşuq, heç bir tədbir görülmür. Bu qalmaqal nə vaxtadək davam edəcək?

Məktəbdə nizam-intizam yaratmaq çox çətindir ki?”, – deyə valideyn baş verən çəkişmələrdən təngə gəldiyini bildirib.

Xatırladaq ki, Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbin ikinci sinif şagirdi Ayxan Abdulovun atası Elşən Abdulov ibtidai sinif müəllimi Xatirə Əhmədovaya 3 ildir problem yaşadır. Oğlu ilə prinsip apardığını və sinifdə ayrıseçkilik edərək ona dərs öyrətmədiyini iddia edərək, təzyiq və təhdidlər edir.

Ən son isə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndəsi, atası və “press” geyimində “jurnalist”lə birgə məktəbə basqın edərək Xatirə Əhmədovanı dərsdən çıxarmışdı. Həmin olaydan qorxan şagirdlər ağlayaraq, müəllimələrinin polis tərəfindən aparıldığını zənn etmişdilər.
Aidiyyəti qurumlar məsələyə mövqe bildirsələr də, problem yoluna qoyulmayıb. Əksinə sözügedən təhsil ocağında daha bir olay yaşanıb.
 

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti