Anar Hüseynovla bağlı CİNAYƏT İŞİ AÇILACAQMI?
DİA.AZ: - Hələ keçən günlərdə DİA.AZ olaraq Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar düövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

DİA.AZ-a verilən məlumatda deyilitdi ki, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.

Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:

"Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bununla bağlı DİA.AZ-a danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: "Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir".

Məsələ ilə əlaqədar bütün aidiyyatı qurum və şəxslərin mövqelərini dia.az olaraq işıqlandırmağa hazırıq...

Bizi izləməkdə davam edin. Əlavə bilgilərimiz olacaq...

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."

Dünyapress TV

Xəbər lenti