image.jpegMirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir

“MS OYL” şirkətinin sosial şəbəkədəki hesabına rəy yazan internet istifadəçilərindən Məryəm Süleymanova Mehdiabad qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin işçilərinin müştərilərlə kobud davranışılarından şikayətlənir və şirkət rəhbərliyinə onlara “qulaqburması” verilməsini tövsiyə edir. Görünür, xanım sürücü YDM-dəki operatorun benzinin qramından kəsilməsi ilə üzləşib. Murad Sarıyev adlı başqa bir internet istifadəçisi isə MS OYL” məntəqəsində doldurduğu yanacağın onun avtomobilini xarab elədiyini, ustaların bunu təsdiqlədiyini yazır.

Bakıda, Abşeronda və bir çox başqa rayonlarda fəaliyyət göstərən “MS Oil” yanacaqdoldurma məntəqələri “MSDIS Holding”ə məxsusdur. Holdinqin rəhbəri Mirfəyyaz Nağıyevdir. «MS OIL» şirkətinin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, İsmayıl Hidayətzadə ev 20A m 51-dir. Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.

Onu da qeyd edək ki, “MSDIS Holding” MMC fəaliyyətə başladığı iki il ərzində çox sahibkarın arzu etdiyi 300-dən çox layihə həyata keçirib, bir neçə nəhəng tenderlərinin qalibi olub.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” “MSDIS Holding” MMC-yə Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün 2 milyon manatdan çox pul ödəyib.

— 26.04.2021-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar ərazisində «Azərişıq» ASC-yə məxsus 2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttinin bir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işləri üçün  “Azərişıq” ASC ilə 116 min 489 manat 60 qəpiklik,

— 22.05.2021-ci il tarixində Xırdalan şəhərində abadlıq işləri üçün Abşeron rayon İcra Hakimiyyətilə 1 milyon 362 min 482 manat 86 qəpiklik,

— 25.05.2021-ci il tarixində Sumqayıt şəhərində «Karvan yolu» küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 277 min 715 manat 67 qəpiklik,

— 01.06.2021-ci il tarixində Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 2 milyon  20 min 503 manat 68 qəpiklik müqavilə imzalanıb.

Yanacaq müştəriləri həmçinin xatırlayırlar ki, hər dəfə benzinin qiymətinin artacağı xəbəri çıxan kimi “MS OYL”un məntəqələrində benzinin olmadığı deyilir. Yəni, benzini anbarda saxlayıb qiymətinin qalxmasını gözləyirlər ki, baha satsınlar.

Cəmiyyətdə adının önündə “mir” sözü daşıyanlara xüsusi yanaşma var. Heç kəsə sirr deyil ki, ta qədimdən Azərbaycanda seyid nəslindən olan insanlara xüsusi hörmət və ehtiram olub. Ancaq “imam övladları” onlara bəxşiş olan nüfuzlarını qoruyub-saxlamağı bacarmalı, qazandıqları ruzi halal olmalı, şeytana aldanmamalı, nəfslərini tox tutmalıdırlar. Maraqlıdır, görəsən Mirfəyyaz Nağıyevin personasına bu qədər böyük diqqətin səbəbi nədir və ya səbəbkarı kimdir?

Bu və ya digər suallarla bağlı hörmətli Mirfəyyaz Nağıyevə dəvələrlə zəng edib, mesaj göndərsək də, cənab müdirdən heç bir cavab ala bilmədik. Odur ki, növbəti yazılarımızda suallarımıza cavab öyrənməyə çalışacağıq.

Dəryaz Oraq

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti