Mirsaleh Seyidov ölkə başçısını nə üçün və kimlərin göstərişi ilə hədəfə gətirib?
Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisinin “3 milyon dollarlıq” iddiasının arxasında hansı maraqlar dayanır?

İki gün əvvəl “Новости-Грузия” Azərbaycanla bağlı sensasion iddiaların əks olunduğu bir yazı dərc etdi. Əslində, bu yazıda Gürcüstan hakimiyyətində yüksək vəzifələrdə təmsil olunan bir neçə məmur, o cümlədən keçmiş baş nazir Bidzina İvanişvili hədəfə alınmışdı. Lakin burda Azərbaycanın da adı qalmaqallı rüşvət məsələsində hallandığından, mövzu diqqətimizi çəkməyə bilməzdi. Ən maraqlısı isə odur ki, iddia olunan rüşvət faktının hazırda da yüksək vəzifədə çalışan azərbaycanlı məmurlardan biri tərəfindən açıqlandığı vurğulanır...

Dəyərli oxucuların diqqətində çatdıraq ki, müxalifyönlü Apsny.ge saytının da dərc etdiyi məlum yazıda azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstan hakimiyyətinin rəhbər şəxslərinə qarşı iddiasından söhbət açılır. Məlumata əsasən, Gürcüstan prokurorluğunda ifadə verən jurnalist iddia edib ki, “Azərbaycan onun Tiflisdən oğurlanmasına görə Gürcüstana 3 milyon dollar ödəyib”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1664598435_3.jpg
Əfqan Muxtarlı

“Gürcüstan prokurorluğu Muxtarlını 2017-ci ilin mayında Tiflisdə oğurlanması işi üzrə rəsmi olaraq zərərçəkmiş kimi tanıyıb. Avropada siyasi qaçqın kimi qəbul edilən Muxtarlı indi onun oğurlanmasının təşkilində əlinin olduğunu düşündüyü Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin dindirilməsini və hüquq qarşısında cavab verməsini tələb edir. Bundan başqa, azərbaycanlı jurnalist tələb edir ki, Qomelauri vəzifəsindən getsin”, - deyə yazıda qeyd olunur.

Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bu yaxınlarda həbs edilən sabiq rəis müavini Soso Qoqaşvili qalmaqallı açıqlamalarının birində Muxtarlının “Tiflisdən oğurlandığını” və Azərbaycan tərəfinə keçirilməsinin Gürcüstan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu təsdiqləyib.

Qoqaşvili bu əməliyyatla bağlı məsuliyyəti Dövlət Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Vaxtanq Qomelaurinin üzərinə qoyur. O iddia edir ki, “Bidzina İvanişvilinin də Muxtarlının oğurlanması və qarşı tərəfə verilməsi planlarından xəbəri olub”.

Bu baxımdan, Əfqan Muxtarlının vəkili Arçil Çopikaşvili jurnalistlərə açıqlamasında bildirib ki, İvanişvili və Qomelauriyə qarşı hüquq müstəvisində hər hansı tədbir görülməzsə, məhkəməyə müraciət edəcəklər: “Əgər prokurorluq İvanişvili və Qomelaurinin ifadələrini almazsa, biz ilk növbədə Gürcüstan məhkəməsinə, burada bütün instansiyalardan keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Qanun İvanişvili və Qomelaurinin ifadə vermələrini tələb edir, bundan imtina edə bilməzlər”.

Şübhəsiz, Əfqan Muxtarlı Gürcüstan rəhbərliyinin göstərişi ilə oğurlandığını iddia edirsə, məsələnin hüquq müstəvisində araşdırılmasını tələb etmək onun haqqıdır. Amma bizim üçün maraqlı olan onun Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidovla bağlı verdiyi açıqlamadır: “Bu binada Azərbaycan Penitensiar Xidmətinin rəisi müavini Mirsaleh Seyidovun mənə Azərbaycanın mənim oğurluğuma görə Gürcüstana 3 milyon dollar ödədiyini dediyi haqda ifadə vermişəm”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1664598435_3.jpg
Mirsaleh Seyidov

Əlbəttə, Muxatarlının bu açıqlaması kifayət qədər ciddi bir iddiadır. Hərçənd ki, Azərbaycanın bu iş üçün Gürcüstan tərəfə 3 milyon verdiyi inandırıcı deyil. Amma bu həqiqət olsa belə, Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi kimi mühüm vəzifənin sahibi olan Mirsaleh Seyidovun Əfqan Muxtarlıya belə bir informasiya ötürməsi heç də təsadüf ola bilməz. Doğrudur, kimlərsə iddia edə bilər ki, “Mirsaleh Seyidov belə bir açıqlama verməyib, Əfqan Muxtarlı hansısa səbəblərdən onun adını çəkir”. Maraqlıdır, o halda jurnalist niyə məhz M.Seyidovun adını çəkir? Üstəlik, onu da nəzərə almalıyıq ki, Muxtarlı bu məlumatı sadəcə mediaya ötürməyib, o, Gürcüstan prokurorluğuna verdiyi ifadəsində belə bir iddia irəli sürüb və məsələnin araşdırılmasını tələb edib. Belə olduğu halda, Mirsaleh Seyidovun bilərəkdən, yaxud da bilməyərəkdən ona belə bir məlumat ötürdüyü istisna olunmamalıdır.

Bəs, M.Seyidovun birbaşa Azərbaycan rəhbərliyini, xüsusən də Prezident İlham Əliyevi hədəfə gətirən bu açıqlamanı verməkdə məqsədi nə olub? Heç kimə sirr deyil ki, Ə.Muxtarlı “oğurlanmazdan” əvvəl məhz Prezident ailəsini hədəfə alan yazılarla çıxış edirdi. Əgər ortada 3 milyonluq iddia varsa və bundan xəbərdar olan Mirsaleh Seyidov məlum “faktı” açıqlayıbsa, deməli, birbaşa ölkə başçısının hədəfə alınmasında maraqlı olub. Çünki o, jurnalistin bu informasiyanı ictimailəşdirəcəyinə zərrə qədər də şübhə etməyib. Belə olduğu təqdirdə, M.Seyidovun Prezident İlham Əliyevi hədəfə gətirməkdə nə kimi marağı ola bilərdi? Yoxsa bu məsələdə onun bağlı olduğu şəbəkənin maraqları olub? Hər halda, bu və digər suallar ciddi araşdırma tələb edir və güman edirik ki, müvafiq qurumların diqqətindən yan keçməyəcək.

Biz də Qafqaz.media olaraq Mirsaleh Seyidovun ölkə başçısını nə üçün və kimlərin göstərişi ilə hədəfə gətirdiyinə aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.

Qafqaz.media

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
 
 

Bölmənin digər xəbərləri

27 May 2025 Bakıda məktəbdə QALMAQAL VİDEO
27 May 2025  62 saylı məktəb-liseydə nələr baş verir - İLGİNC İDDİALAR
27 May 2025 Bakının bu məktəbinin direktoru ilə bağlı inanılmaz FAKT - 28 ildir…
27 May 2025 Bitməyən qeysəriyyə “qətliamı” - daha üç körpə yetim qaldı
27 May 2025 Ağstafada məktəbdə dava: 1 şagirdin qolu sındı - Jurnalistləri rəhbərlik qapıdan qovur
27 May 2025 `AZƏRSU`da hələ də köhnə yeyintidir: `EREN` şirkəti elə əvvəlki kimi yeyir - BÜDCƏMİZ BELƏ DAĞIDILIR...
26 May 2025 AYNA-nın ÇİRKLİ ÜZÜ... - BU FAKTDIR...
26 May 2025 Belə bir ovqatda olan icra başçısı... - Çətin vətəndaşın halından anlasın...
26 May 2025 “Canişin”in ən ağıllı məsləhəti və çözüm təklifi FOTO
25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar

Dünyapress TV

Xəbər lenti