Şəmkir rayonu Çinarlı qəsəbəsi Natiq Süleymanov adına 2i sayılı orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Sədaqət Yolçu qızı tərəfindən saytımiza onun əsassız olaraq sinifinin əlindən alınması ilə bağlı şikayəti daxil olub.
Belə ki, şikayətçi qeyd edir ki, onun 18 illik müəllimlik təcrübəsi var, iki diplomu var, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçib və onun sinifi əsassız olaraq əlindən alınaraq başqa müəllimə verilməyə çalışılır. Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Qüdrət Əliyevə bu vəziyyətə aydınlıq gətirməsini tələb edib, o isə onluq bir şey olmadığını bildirib. Regional Təhsil İdarəsinə müraciət etməsini deyib. Regional Təhsil İdarəsi isə onlarlıq bir şey olmadığını bildiriblər. Bir sözlə aidiyyatı qurumlar müəllimə doğru-düzgün izahat verə bilmir. Şikayətçi Məmmədova Sədaqət Yolçu qızı çarəsiz vəziyyətdə bu özbaşınalığa aydınlıq gətirilməsini və Elm və Təhsil Nazirliyini bu məsələyə diqqət ayırmasını xaihiş edir.