Bakı Dövlət Universitetində milyonlar hara gedir?
Dünən Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə təhsil aldığı ali təhsil müəssisəsi ilə bağlı sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib. Bir çox elektron kütləvi informasiya vasitələrində də yayılan paylaşımda deyilir ki,

“Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq “təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.

Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?

1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir.
2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur.
3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb.
Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?

P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.

Universitetin başqa bir tələbəsi isə etdiyi paylaşımda qeyd edir ki, “2700 ödəyirik. “Müəllim utanmasa illuminatidən (?-red) masonlardan danıçacaq. Dərs keçdiyimiz neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı, lövhə isə…”

Tələbələrin tutduğu bu iradlar və haqlı olaraq qoyduğu suallar hər kəsi düşündürməyə bilmir. Həqiqətən də. bu pullar hara gedir? Paylaşımlardan da göründüyü kimi, tələbələr o qədər də böyük, qlobal problemlərdən şikayətçi deyillər. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, kondisioner yoxdu, olanlardan da istifadə olunmur, neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı və sair. Göründüyü kimi bunlar adı problemlərdir. Bakı Dövlət Universiteti isə bu kimi kiçik məsələlərin həllinə hər il külli miqdarda vəsait ayırır.

Aktualinfo.org Bakı Dövlət Universiteti tərəfindən təhsil müəssisəsinin təmiri və avadanlıqların alınması üçün son illər satınalmalar yolu ilə ayırdığı vəsaitlər ətrafında araşdırma aparmışdır. Qeyd etdiyimiz kimi, araşdırmalardan da məlum olur ki, universitet hər il bir sıra xidmətlərin və malların satınalmasına külli miqdarda vəsait ayırır. Onlardan bəzilərini təqdim edirik.

Bakı Dövlət Universiteti üçün İKT avadanlıqları və aksesuarlarının satın alınması üzrə keçirilmiş tenderdə “AE UNION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 09.08.2022-ci ildə 1 131 138.47 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində xarici və daxili tərtibat işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “CİHAN REKLAM AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.07.2022-ci ildə 169 983.25 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması üzrə keçirilmiş tenderdə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.07.2022-ci ildə 717 332.9 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində “Code Academy” tərəfindən tədrisin təşkili üçün xüsusi auditoriyaların hazırlanması, eləcə də İKT avadanlıqları və inventarların satın alınması üzrə keçirilmiş tenderdə “BESTCOMP GROUP” Qapalı Səhmdar Cəmiyyəti ilə 29.03.2022-ci ildə 488 654.52 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi üçün mal-materiallar, avadanlıq, cihaz, mebel, inventar, ehtiyat hissələri və alətlərin satınalınması üzrə keçirilmiş tenderdə “AZECOLAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 23.02.2022-ci ildə 330 656.06 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin qazanxana bina və avadanlıqlarının,sanitariya qovşaqlarının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “VEST-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.08.2021-ci ildə 172 601.81 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

İKT avadanlıqlarının, aksesuar və ehtiyat hissələrinin satınalınması üzrə keçirilmiş tenderdə “İNFİNİTECH”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 1 387 920.24 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün inventarların satınalınması üzrə keçirilmiş tenderdə “İDEAL OFFİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 250 160 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin yataqxana binasının əsaslı təmiri işləri üzrə keçirilmiş tenderdə “STAR CONSTRUKTİON-12” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27.07.2020-ci ildə 4 196 772.56 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Dəftərxana ləvazimatlarının alınması üzrə keçirilmiş tenderdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.06.2020-ci ildə 333 180.32 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş tenderdə “Stone Construction” Qapalı Səhmdar Cəmiyyəti ilə 18.03.2020-ci ildə 272 320.7 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bunlar Bakı Dövlət Universiteti tərəfindən 2020-2022-ci illərdə təhsil müəsisəsində əsaslı təmiri işlərinin, İKT avadanlıqlarının aksesuar və ehtiyat hissələrinin, inventarların, təsərrüfat mallarının,mal-materiallar,avadanlıqların, satın alınması üçün ayrılmış vəsaitlərdir. Qoy tələbələr elə bilməsin ki, universitet bu məqsədlərlə vəsait ayırmır. Ayırır, həm də külli miqdarda. Göründüyü kimi təkcə 2020-2022-ci illərdə yuxarıda sadaladığımız işlərin satınalmasına ümumi olaraq 9 450 720 manat vəsait ayırıb. Bəs onda universitetin sinif otaqlarında nə üçün smart lövhələr yoxdu, kondisionerlər yoxdu və yaxud işləmir, otaqlarda qapıların qulpu niyə qırıq, pəncərələr niyə bağlanmır? Hara gedir bu ayrılan pullar?
1664127199_2.jpg
Qeyd edək ki, yuxarıda göstərdiklərimiz Bakı Dövlət Universiteti tərəfindən keçirilmiş tenderlərin bir qismidir. Son illərdə universitet tərəfindən elmi konfransların keçirilməsinə, beynəlxalq tədbirlərin təşkilinə, mühafizə xidmətinin və bir çox işlərin satınalınmasına hər il külli miqdarda vəsait ayrılır. Onu da qeyd edək ki, “STAR CONSTRUKTİON-12”, “Stone Construction”, “VEST-LTD”, “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” kimi şirkətlər ayrı-ayrı adamların adına yaradılmış, amma bir nəfərə məxsusdur. Hansı ki, bu barədə dövrü mətbuatda kifayət qədər geniş məlumatlar var. Hansı ki, bu şirkətlər iş görməkdə deyil, “otkat” qaytarmaq üzrə püxtələşib və məşhurlaşıblar.

Məlum olduğu kimi Bakı Dövlət Universitetinə uzun illər Abel Məhərrəmov rektorluq edib. Sabiq rektorun bu təhsil ocağından yığdığı pullar vasitəsi ilə əldə etdiyi dəyəri milyonlarla manatla ölçülən obyektlər, mülklər, xarici ölkələrdəki evlər, barədə sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində demək olar ki, günaşırı yeni məlumatlar yayılır. Universitetin hazırki rektoru Elçin Babayev isə bu vəzifəyə 2019-cu ilin mart ayından təyin olunub. Cəmi üç ildir bu vəzifə başında oturmasına baxmayaraq görsənən odur ki, Elçin Babayev də sabiq rektorun yolu ilə getməyə üstünlük verir. Elə deyilsə, yuxarıda təqdim etdiyimiz tenderlərə ayrılan vəsaitlərin hara getdiyinə aydınlıq gətirsin. Bununla Elçin Babayev həm də tələbələrinin qaldırdığı suallara aydınlıq gətirmiş olacaq.

 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti