Doğulan uşaqlara gözəl adlar qoymaq çox vacib məsələdir. Çünki uşaq böyüyəndə ona qoyulmuş addan utanıb, xəcalət çəkməsin. 
Bir də var əksinə ola. Yəni uşağa gözəl ad qoyursan, uşaq böyüyəndə öz çirkin əməlləri ilə ona qoyulan gözəl adı zibil edir, batırır. Belə olanda  deyirlər ki, “Sənə o gözəl adı verənin lap....”
İndi haqqında bəhs edəcəyimiz  Adəm və Hatəm qardaşları da belədir. 
Adəmin ilk peyğəmbər olduğu hamıya bəllidir, Hatəm isə böyük səxavət sahibi kimi tanınır, hətta müqəddəs kitablarda adı keçir. 
Bu adları qardaşlara verənlər düşünüblər ki,  böyüyəndə fəzilət sahibi, iman əhli olarlar. Binəvalar nə bilsin ki, Adəm və Hatəm qardaşları böyüyəndə Peysər, Pəzəvəng olub, şam tutacaqlar...
Bəli, bu qardaşları tanıyanlar, onların əməllərini bilənlər  onlara Adəm və Hatəm demir, əə Peysər, əə Pəzəvəng deyə müraciət edirlər. 
Deməli, insan övladının çörəyi müxtəlif yerlərdən çıxır, biri yer əkir, biri daş yonur, o biri yol çəkir, bir başqası dəllək olub baş qırxır...
Bu qardaşların isə dədə-baba peşəsi baş tutmaqdır. 
Bunların da çörəyi  baş tutmaqdan, əxlaqsızlıq  yuvası işlətməkdən çıxır. Bundan böyük rəzalət nə ola bilər ? 
Bəli, millətimiz çörəyə Quran kimi and içir, filankəslə çörək kəsmişəm deyib kəsdiyi çörəyə xəyanət etmir. 
Görəsən, bu qardaşlar qazandıqları, övladlarına yedirdikləri  çörəyin haradan gəldiyini, necə qazanıldığını başa düşmürlər ? 
Görəsən, bu qardaşların süfrəsində əyləşib bir tikə çörək kəsənlər nə hiss keçirirlər ? 
Bəli, kişinin çörəyini kəsərlər, amma Peysərin, Pəzəvəngin çörəyinə əl uzatmaq özü də günahdır...
Ümumiyyətlə, əxlaqsızlıq yuvası işlətməklə çörək qazanmaq, ailə dolandırmaq, arvad-uşaq saxlamaq, bəlkə də Adəm və Hatəm qardaşları üçün baş ucalığıdır.   
Hələ Allah qoymasa,  bu qardaşlardan biri olan Adəm istəyir ki, böyük adam olsun. 
Günümüzə bax ee, vəzifə həvəsi hara, əxlaqsızlıq yuvası hara, baş tutmaq hara, PRİTON  hara ? 
Bu adam dövlətin içinə girib vəzifə tutaraq öz çirkin əməllərini rahatcasına həyata keçirərək, nə vaxtsa yüksək pensiya da almaq haqqında düşünür. Amma Adəm və Hatəm qardaşlarına demək istəyirik ki, hər yerdən pensiyaya çıxmaq olur, hətta türmədən də, amma baş tutmaqdan pensiyaya çıxmaq olmur.
Görəsən, bu qardaşlar səhər evdən çıxanda arvad-uşağa nə deyirlər?
Yəqin deyirlər ki, işə gedirik. Ta demirlər ki, baş tutmağa, əxlaqsızlıq yuvası işlətməyə gedirik. 
Görəsən bunların evlərindəkilər bilmir ki, hansı və nə yolla qazanılmış çörəyi yeyirlər...
Niyə bilmirlər ? Əla bilirlər. Arvad görmür ki, Adəmdən  bütün günü kəllə-paça iyi gəlir…
Ehh, arvad sevinir ki, Peysər ona  əxlaqsızlıq yuvasından qazandığı  pulla qızıl üzük alıb…
Vallah hər mənada  çox ağrılı  mövzudur. 
Bunlar məsələnin mənəvi tərəfidir. 
Bəs problemin hüquqi  tərəfi ilə niyə müvafiq dövlət qurumları məşğul olmurlar ?
Sözün düzü, son illər  cəmiyyətin bəlasına çevrilən narlotikə qarşı hüquq-mühafizə orqanlarının sistemli şəkildə apardığı mübarizə  cəmiyyət tərəfindən  bəyənilir. 
Məgər əxlaqsızlıq yuvası saxlamaq, qadın alveri ilə məşğul olmaq patıdan-fatıdan az təhlükəlidir?  
Bir neçə gün öncə məktəblilərə patı satan şəxs həbs olundu. 
Axı, adına əxlaqsızlıq problemi dediyimiz bəla artıq məktəblərin, yaşayış evlərinin, məscidlərin, hətta dövlət qurumlarının yanında yerləşir. 
Bunu  hüquq-mühafizə orqanları görmür? 
Qardaşlar  təkcə  baş tutmaqla deyil ee, işverənliklə də məşğul olurlar. 
Bəli, Adəm və hatəm qardaşlarının əxlaqsızlıq yuvaları həm də “kompromat”  mənbəyidir. Qardaşlar  “qonaqlar”ın  əməllərini çəkib sonra onları şantaj edib külli miqdarda  pul alırlar. 
Görəsən  bu cinayətkar qardaşların əməllərini niyə hüquq-mühafizə orqanları görmək istəmir?
Bu “paparoza” qardaşlara kimlər “krışa”lıq edir ? 
Yəqin ki, qardaşlar aylıq gəlirlərini kiminləsə bölürlər…

P.S İnanın, günün birində cənab Prezidentimiz bu işin başında kimlər dayanırsa hamısını silib atacaq arxivə.