"Bacımı işə düzəltmək üçün məndən 4 min manat aldı..." - İTTİHAM VAR!
 
 

 
Göyçay rayonu, Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

 

“Hörmətli Prezident!

Yazaraq Sizi məlum etmək istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov məndən 4000 (dörd min) manat möbləğində rüşvət almışdır. Belə ki, bu ilin iyul ayında bacım Şəfiyeva Könül Vidadi qızının işlə təmin edilməsi üçün direktor Yaşar Əhmədovun qəbuluna getdim. Ona "Bacımgilin ailə vəziyyəti yaxşı deyil, xəstəxanada işlə təmin olunmasını xahiş edirəm", - dedim. O isə mənə bildirdi ki, "Hazırda vakansiyalar yoxdur, bir tərəfdən də şəhid ailələri və qazilər bizdən iş tələb edir, rəhbərliyin göstərişinə əsasən ilk növbədə onları işə götürməliyik".

Beləliklə, onunla biraz həmsöhbət olandan sonra, "Bəs mən bacımın işləməsi üçün necə edə bilərəm?", - dedim. Nəhayət, mövzu pul məsələsinə gələn zaman “aşı görüb, oxuduğu Quranı” unudan molla sayağı birdən-birə dəyişməyə başladı. Halbuki bayaqdan özünü şəhid ailələrinin, qazilərin işlə təmin olunması uğrunda fədakarlıq edən məmur qismində göstərməyə çalışırdı. Dərhal mənə "İki gündən sonra gələrsən, bu haqda daha ətraflı danışarıq", - dedi. Mən də öz növbəmdə dediyi vaxtda yenidən qəbuluna getdim.

İlk öncə 6000 (altı min) manat lazım olduğunu söyləsə də, axırda 4000 (dörd min) manatla razılığa gəldik və mən istədiyi məbləği ona təqdim etdim. 10 gün müddət ərzində bacımın işlə təmin ediləcəyinə söz verdi. Lakin vəd etdiyi müddət başa çatsa da o, sözünü tutmadı. Bu, minvalla iş uzanmağa başladı. Hətta Yaşar Əhmədov 19 avqust 2022-ci il tarixdə Göyçay RMX-da vətəndaş qəbulu keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna girməyimə belə mane oldu. "Sənə deyirəm 2 günə həll edəcəm, məgər mənə inanmırsanmı?", - deyərək avqust ayının 21-nə, 21-də isə 28-nə, gah da ondan 3 gün sonraya söz verdi. Bir də gedib maraqlandım ki, məzuniyyətə çıxıb. 15 sentyabrda isə məzuniyyətdən qayıtdığını eşidib yenidən onun qəbuluna getdim. Sonuncu variant olaraq "Ştatı yoxlamalar aparıb, səbrli ol, hər şey düzələcək" deməkdən başqa söz tapa bilmədi. Mənə bəlli oldu ki, o, yalan danışır. Məhz ona görə də verdiyim 4000 (dörd min) manat pulu özümə geri qaytarmasını tələb etdim. Bu zaman direktor Yaşar Əhmədov məni DTX əməkdaşı olan Vüsal Hümbətovla hədələməyə başladı. "Vüsal müəllimə bircə kəlimə xəbər verərəm, səni itirər", - dedi.

Hörmətli Prezident!

Nəzərinizə çatdırım ki, bacım 1982-ci il təvəllüdlü Şəfiyeva Könül Vidadi qızı 2013, 2019-cu illər ərzində yaşadığımız Göyçay rayonu Qaraməryəm Kənd Sahə Xəstəxanasında sosial məzuniyyətdə olan bir qadının əvəzinə qeydiyyatçı vəzifəsində işləmişdir. Bir övladı var, hazırda özü və həyat yoldaşı heç yerdə işləmir. Maddi durumları olduqca acınacaqlıdır. Direktor Yaşar Əhmədov bacarmadığı və ya etmək istəmədiyi işə görə yalandan vəd verərək məndən rüşvət almışdır. Bildiyiniz kimi, bu əməl Azərbaycan Respublikasının CM-nin 311-ci maddəsinə (Rüşvət alma), eyni zamanda həmin Qanunun 178.2.3.-cü maddəsində qeyd olunmuş "Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə" əsas verir. Mənimlə kobud danışması, haqsız olduğu halda özünü haqlı çıxarmağa çalışması və məni hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmuru ilə hədələməsi CM-nin 182-ci maddəsinə, onun vəzifə səlahiyyətlərini aşması CM-nin 309-cu maddəsinə əsas verir.

Sizdən çox xahiş edirəm, şikayətim obyektiv araşdırılsın, məndən mənimsənmiş 4000 (dörd min) manat pul (rüşvət) özümə geri qaytarılsın, direktor Yaşar Əhmədov isə qanunun müvafiq maddələri ilə məsuliyyətə cəlb olunsun. Sizə öncədən öz minnətdarlığımı bildirirəm”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti