“Sahil-R” MTK-nın rəhbərliyi heç bir dövlət qurumunu saymır…
“Sahil-R” MTK Qanunvericiliyi pozaraq payçılara məxsus əmlakı istismar edir” başlıqlı ötən yazımızda “Sahil-R” MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın sakinlərinin şikayətindən bəhs etmişdik.
Hətta MTK-larla bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinin maddələrini yazaraq vətəndaşlarımızı qanunla tanış etmişik ki, onlar öz hüquqlarını müdafiə edə bilsinlər. Bu bir media olaraq bizim vəzifə borcumuzdur.
Məlumat üçün qeyd edək ki, MTK-ların inşa etdikləri binanın sakinləri Qanunvericiliyə uyğun olaraq binanın sahibləri-payçıları hesab olunur. Qanunvericiliyə uyğun olaraq bina istismara təhvil veriləndən 6 ay sonra binanın idarəçiliyi sakinlərə, yəni payçılara verilir.
Sakinlər isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ( MMMC ) yaradaraq idarəetməni öz üzərinə götürür.
Yenə Qanunvericiliyə uyğun olaraq MMMC yaradılmadığı təqdirdə, MTK binanın idarəçiliyini ərazi üzrə bələdiyyə orqanına verməlidir. Amma... Əmması odur ki, haqqında bəhs etdiyimiz ünvandakı binanın istismara verilməsindən ( 2016-cı il ) 6 ilə yaxın vaxt keçsə də, MTK nəinki idarəçiliyi bələdiyyə vermir, əksinə qanunsuz olaraq sakinlərdən pul toplayır. Və sakinlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, MTK yığılan vəsaitlə bağlı hesabat vermir.
Bundan əlavə Qanunvericilikdə müəyyən edilib ki, binanın zirzəmisi birmərtəbəli olarsa, ancaq sığınacaq kimi istifadə oluna bilər. Yəni avtomobil dayanacağı-qaraj kimi istifadə oluna bilməz. MTK rəhbərliyi isə Qanunvericiliyi pozmaqla binanın zirzəmisindən qaraj kimi istifadə edir və…üstəlik hər avtomobilə görə ayda avtomobil sahibindən 150 manat alır. Heç bir vergi ödəmədən, 150 manatın hamısını, yəni 100-dən çox kirayəyə verilən qarajların pullarını həzm-rabedən keçirir.
Təsəvvür edirsiniz, yuxarıda qeyd etdiyimiz kimi, bina bütövlükdə, zirzəmisi də daxil olmaqla payçıların əmlakıdır. MTK isə payçıların əmlakını onların özünə qanunsuz olaraq hər ay 150 manata icarəyə verir.
Təkrar etməyə məcburuq ki, Qanunvericiliyə görə, bina və ətrafı payçılara məxsusdur. “Sahil-R” MTK-nın rəhbərliyi isə payçıların razılığı olmadan binanın ətrafını müxtəlif obyektlərə icarəyə vermişdir və bununla da obyektlərə giriş-çıxışı təmin edərək sakinlərin hərəkəti üçün lazım olan səkiləri zəbt etmişdir. Binanın həyətindən digər binanın ərazisində yerləşən uşaq bağçasına gedən yol da sakinlərə problem yaradır. Bina sakinlərinin dediyinə görə, daha bir ciddi problem binada quraşdırılan liftlərdir.
Belə ki, liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir.
Bununla bağlı sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verdi. Amma bu günədək problem aradan qaldırılmayıb.
Sakinlərin qeyd etdiyi ən böyük problemin biri isə müqavilədə və çıxarışda göstərilən sahənin xeyli fərqlənməsidir. Belə ki, müqavilədəki rəqəmlə çıxarışdakı rəqəm arasında 8, 10, bəzən 12 kv.m sahə fərqi yaranır. Bu artıq cinayət əməlidir.
Bütün bunlar azmış kimi MTK rəhbərliyi binanın altında “Bazar Store” və “SunLab”a böyük ərazini icarəyə verib. Bir daha qeyd edirik Qanunvericiliyə görə, həmin sahələr binanın payçıları olan sakinlərə məxsusdur. MTK-nın bu əməlləri Qanunvericiliyə ziddir. Amma MTK nəinki həmin sahəni icarəyə verib pul alır, hətta bununla binaın sakinlərinə ciddi problemlər yaradır.
Birincisi, həmin obyektlərdəki avadanlıqların istismar zamanı yaratdığı yüksək səs-küy sakinlərin rahatlığını, istirahətini pozur. Və ən əsası Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib.
Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib. İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Hazırda binaın sakinləri yuxarıda qeyd olunan narazılıqlarla bağlı Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər.
Hazırda həmin qurumlar tərəfindən araşdırılma aparılır. Yeri gəlmişkən, sakinlər onu da qeyd edir ki, BazarStore-yə məhsul gətirən şirkətlərə məxsus iri yük maşınları mütəmadi olaraq binaya gələn yolda tıxac yaradır və sakinlərin gediş-gəlişinə mane olur, dözülməz səs-küyə səbəb olurlar, sakinlərin istirahət hüququnu pozurlar.
Eyni zamanda binada yerləşən SunLAB tibbi müayinə obyektinin də 5 yerdən girişi var.
Eyni zamanda Laboratoriyanın kuryerlərinin istifadə etdiyi motosikletlər də ciddi problem yaradır. Onu da qeyd edək ki, MTK-nın rəhbərliyi layihədən kənara çıxaraq binada əlavə artırma edib. Bir sözlə, MTK rəhbərliyi payçıların hüquqlarını, ölkə qanunvericliyi kobud şəkildə pozur.
Ümid edirik ki, dövlət qurumlarının araşdırması və Apelyasiya Məhkəməsi bütün bunlara son qoyacaq.
Bütün bunları dəfələrlə yazaraq müvafiq dövlət qurumlarına müraciət etmişik ki, konkret tədbirlər görsünlər. Amma, daşdan səs çıxır, müvafiq qurumlardan səs çıxmır.
Hətta MTK rəhbərliyi şikayət edənlərə deyir ki, yuxarı ilə məsələni həll etmişik, hara istəyirsiniz şikayət edin.
Sözün qısası, SAHİL-R MTK-nın rəhbərliyi heç bir dövlət qurumunu saymır, özünü istədiyi kimi aparır.
gundelik baki.com
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti