MİDA-nın sistemi yenə çökdü... rəhbərliyi isə DİPDİRİDİR... - İLGİNC GƏLİŞMƏ
Yayılan xəbərdən bəlli olur ki, MİDA yenə üzərinə düşən işi yerinə yetirməyi bacarmayıb və quruma məxsus sistem çöküb. Hadisə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarılan zaman baş verib. Belə ki, yayılan xəbərdən bəlli olur ki, MİDA rəsmisinin məlumatına görə, satış hüquq-mühafizə orqanlarının nəzarəti altında olub.
Birincisi, MİDA mənzillərin satışında o qədər saxtakarlığa, maxinasiyalara yol verib ki, artıq hüquq-mühafizə orqanları müdaxilə etməyə məcbur olublar.
Yeri gəlmişkən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ( indiki DİM ) da hüquq-mühafizə orqanları nəzarət edib. Amma DİM-də baş verən neqativ hallar barədə mediada xeyli yazılıb.
Bəzi çoxbilmişlər cəmiyyətimizi sadəlövh yerinə qoyub deyirlər ki, kompüterin qohumu yox, dostu yox, kompüter rüşvət almır-filan... Az-çox bu sahəni bilənlər bilir ki, kompüterin arxasında insan oturub və orada hər cürə maxinasiyaları həyata keçirmək mümkündür.
Nə isə əsas mövzudan yayınmayaq. Bəli, bu gün MİDA 815 güzəştli mənzili satışa çıxarmalı idi. Oxcucular üçün aydın olsun deyə GÜZƏŞTLİ mənzil satışına...bir az aydınlıq gətirək. Bəzilər izi itirmək üçün qəsdən bu layihəni məcburi köçkün, qaçqın, müharibə veteranı və s kateqoriyaya aid etməyə çalışırlar. Məqsəd bulanıq suda balıq tutmaq məsələsidir.
Biz bir media orqanı olaraq birmənalı şəkildə qeyd edirik ki, GÜZƏŞTLİ MƏNZİL məsələsi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının SOSİAL EVLƏR LAYİHƏSİDİR.
Bir az da aydınlıq gətirək. Sovet dövləti dağılandan sonra, yaranan bütün müstəqil respublikalarda olduğu kimi Azərbaycanda da ciddi mənzil problemi yarandı, mənzil növbələri ləğv olundu.
Minlərlə gənc evi olmadığı üçün ailə qura bilmədi. Bütün bunları nəzərə alan cənab Prezidentimiz İlham Əliyev imkansız, az təminatlı insanların mənzil problemini həll etmək üçün Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaratdı. Və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC yaradıldı. Direktoru da Fərhad Təhməzov oldu. Lap loru, sadə dildə desək, digər MTK-lar özləri şəxsi pulu ilə torpaq sahəsi alır, özü pul qoyaraq bina tikirlər və mənzillər baha başa gəlir, az təminatlı ailələr ev ala bilmir.
Ancaq cənab Prezidentin sosial evlər layihəsində isə MİDA-ya torpaq sahəsini dövlət pulsuz verir, hələ üstəlik tikinti üçün büdcədən külli miqdarda vəsaiti ayırır. Ki, mənzilləri az təminatlı ailələrə ucuz, güzəştli qiymətə satmaq mümkün olsun.
Hətta MİDA-nın ilk binasının açılışında Prezident İlham Əliyev və Birinci Vitse Prezident xanım Mehriban Əliyeva iştirak etdilər. Bütün bu işlərdə məqsəd az təminatlı insanların mənzillə təminatı idi. Etiraf edək ki, digər MTK-lardan icra başçıları, digər məmurlar xeyli miqdarda rüşvət tələb edirlər, bu da mənzillərin qiymətinə təsir edir.
Amma, MİDA-ya bir məmur yaxın düşə bilməz, üstəlik torpaq da dövlət hesabına verilir, özü də 20-30 hektar... Bəs belə olan halda niyə hər dəfə mənzillərin satışı zamanı MİDA çökür, daha doğrusu MİDA-nın kompüter sistemi çökür, vətəndaşlar arasında ciddi narazılıq yaranır, ortaya hakerlər söhbəti çıxır və daha nələr.
Əsas səbəblərdən biri odur ki, bəzi məmurlar villaları, mülkləri olmasına baxmayaraq, hətta sosial mənzillərə də tamah salırlar. Əlbəttə, məmurun tamahı dibsiz quyu kimidir və üstəlik UCUZ aldığı mənzilləri kirayə verib pul qazanır.
Nə isə, son nəticə odur ki, Fərhad Təhməzov və onun “komandası” Perzidentin xoşməramlı layihəsini gözdən salır, insanlarda inamsızlıq yaradır.
Təsəvvür edirsiniz MİDA-ya məxsus sistemin başına nə oyun açırlarsa, vətəndaşlar girə bilmir, seçim edə bilmirlər. Adını da qoyurlar ki, guya kənardan haker hücumu olub.
Bütün bunlar hamısı boş əfsanədir, bütün bu əməlləri törədən MİDA-nın rəhbərliyidir.
Bir neçə ay əvvəl MİDA-nın mənzil satışı prosesində 500 mənzil 5-6 saniyəyə satılmışdı və sonra sistem bloklanmışdı. Bu sahə üzrə mütəxəssislər açıqlama verdilər ki, 5-6 saniyədə 500 mənzili satmaq mümkün deyil. Oxşar proseslər yenidən təkrarlanır.
Görünən odur ki, MİDA-nı, Fərhad Təhməzovu düzəltmək mümkün deyil. Yeri gəlmişkən, Fərhad Təhməzov eyni maxinasiya və korrupsiya hallarını “Qaçqınkom”da da tətbiq etmişdi. Belə ki, vaxtilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan Fərhad Təhməzov dövlətin ayırdığı pulların hesabına milyonçuya çevrildi. Və yığdığı milyonları qardaşı Qoşqara ( hazırda QİDA-nın rəhbəridir) və Ataş Təhməzova verərək Dubaya qədər uzanan biznes imperiyası yaratdı. Bu gün MİDA-ya rəhbərlik edən şəxs məhz həmin Fərhad Təhməzovdur.
Uzun illər məcburi köçkünlərin başına açdığı oyunları indi imkansız vətəndaşların başına açır. Sosial evlər layihəsinə görə, vətəndaşlar müəyyən məbləğ pul ödəyir, mənzil sahibi olur və sonradan qalan pulu hissə-hissə ödəyirlər.
Yeri gəlmişkən, MİDA haqqında bu qədər yazırlar, amma MİDA-nın İdarə Heyətinin sədri Sadıq Sadıqovun adını çəkən də yoxdur.
Ümumiyyətlə, növbəti yazıların birində MİDA rəhbərliyinin cinayətkar tikinti maklerləri əlaqəsindən, hətta xarici biznesmeni aldatmasından bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti