Təhməzovun “Otkat” işində “EL-SEYM İnşaat” ÜSULU -
Avqustun 2-də Qida Təhlükəsizliyi Agentliyi “Qazax rayonu Qırmızı Körpü qida təhlükəsizliyinə nəzarət keçid məntəqəsinin tikintisi işləri”nin satın alınması üzrə keçirdiyi tenderdə “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti ilə 4 268 884.59 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb.

Qeyd edək ki, “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti artıq Azərbaycan Cəmiyyətinə tanış şirkətdir. Şirkətin məşhurlaşması heç də gördüyü işlərlə bağlı deyil. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mərhum sədri Vidadi Muradovun ətrafında yaşananlar olmasıydı “EL-SEYM İNŞAAT” adlı şirkətin mövcudluğu barədə heç kimi təsəvvürü belə olmazdı.

Belə ki, şirkət regionlarda yeni iş yerlərinin yaradılması məqsədi ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ildən başlayaraq rayonlarda xalça istehsalı emalatxanalarının tikinti işlərini həyata keçirib. Şirkətin Qobustan şəhərində, Lənkəranda və Ağstafada yaradılan xalça istehsalı emalatxanalarını neçəyə tikdiyi bəlli deyil. Çünki “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu məqsədlə keçirilən tenderin nəticələri və ayrılan vəsaitlər barədə ictimaiyyətə məlumamt verməyib.

Amma “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialı üçün Prezident İlham Əliyevin 2018-ci ilin may ayında imzaladığı Sərəncamla isə Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb.

Bu isə o deməkdir ki, digər rayonlardakı xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün minimum 2 milyon manat vəsait ayrılıb. Amma dəmir konstruksiyalarla quraşdırılmış bu emalatxanaların real qiymətləri bəlli deyil. Bəlli olan odur ki, regionlarda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılmasına 10 milyonlarla dövlət vəsaiti xərclənib və bunun da çoxu “EL-SEYM İnşaat” Qapalı Səhmdar Cəmiyyəti qanuni təmsilçisi, sədri Yaşar Ələkbərov vasitəsi ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mərhum sədri Vidadi Muradova qaytarılıb.

Bunu Yaşar Ələkbərovun özü Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesində ifadə verərkən etiraf edib. Şirkətin direktoru məhkəmədə etiraf edib ki, 4.2 milyonluq tenderi udub. Lakin bu tender necə keçirilib ki, bununla bağlı dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdu.

Məsələn “EL-SEYM İnşaat” QSC-nin Ədliyyə Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə Nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi olması barədə məlumatlar var. Amma “Azərxalça” ASC-nin keçirdiyi tenderlərin qallibi olması barədə heç bir məlumat yoxdur. Yəni, “EL-SEYM İnşaat” QSC-nin direktoru Yaşar Ələkbərovun dediyi 4.2 milyon absurd bir rəqəmdir. Bu söylədiyindən qat-qat çoxdur.

Qeyd edək ki, şirkətin icraçı direktoru Yaşar Ələkbərov Vidadi Muradovun həbsindən sonra məhkəmədə şahid qismində ifadə verərkən deyib ki, Vidadi Muradovun Həsən Əliyev küçəsində yerləşən evində təmir işləri aparıblar və buna görə də 800 min manatdan artıq vəsait xərcləyiblər. Belə çıxır ki, “EL-SEYM İnşaat” QSC rayonlarda xalça istehsalı emalatxanasının tikintisi və təchizatı üçün udduğu 4.2 milyonluq tenderin 800 mindən çoxunu “otkat” kimi Vidadi Muradovun evinin təmirinə sərf edib.Yəni, xalça istehsalı emalatxanalarının tikinti işlərinə cəmi 3,2 milyon manat vəsit xərclənib.

Maraqlıdır “EL-SEYM İnşaat” Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə “otkatı” hansı şəkildə və qədər qaytaracaq? Elə 4,2 milyon da Qida Təhlükəsizliyi Agentliyindən udub axı…
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti