Gəncənin icra başçısı Niyazi Bayramovla  Şöhrəddinin işbirliyi... 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı problemlər neçə illərdir ki, bitib-tükənmək bilmir. ASC-yə  10 il  ( 2011-2021-ci illər )  rəhbərlik edən   Qorxmaz Hüseynov  1 ildən çoxdur ki, vəzifəsindən uzaqlaşdırılıb və onu  ASC sədrinin müavini Köçərli Həsənov müvəqqəti  əvəz edir. Sözümüzün canı odur ki, bu qurum vətəndaşlar üçün ciddi problemlər yaradır. Və üstəlik  ASC-də baş verən  qanunsuzluqlar, rüşvət və korrupsiya halları  dözülməz həddə çatıb. İndi haqqında bəhs edəcəyimiz  qurum da, yəni  “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti də  “Azərsu”  ASC-nin tabeçiliyindədir. 
Təsəvvür edirsiniz,  Gəncə boyda, ölkənin  Bakıdan sonra ikinci böyük şəhərinin içməli su təminatı ilə məşğul olan Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi  az qala  ildə bir dəfə dəyişdirilir. Səbəb isə  yeyinti və mənimsəmə halları göstərilir. Amma əslində bu qurum  uzun müddət Gəncənin sabiq icra başçısı  Elmar Vəliyevin təsiri altında olub. Sözün qısası,  1 İL  45 GÜN  ƏVVƏL  “Gəncə Sukanal”  TSC-nin rəisi Natiq Əhmədov vəzifəsindən azad edildi. ( O, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun  qardaşıdır). Və bəh-bəhlə  Gəncə Şəhər  Su Kəməri Trestinin rəisi olan Vaqif Xəlilov  bu TSC-nin rəisi vəzifəsinə gətirildi. Amma, 45 gün sonra  Vaqif  Xəlilov mənimsəmə və digər qanunsuzlqulara görə, vəzifəsindən azad edildi. 
Birincisi, 45 gündə hansı mənimsəmədən, qanunsuzluqlardan danışmaq olardı..? 
İkincisi, Azərsu  ASC-nin rəhbərliyi kadrı təyin edəndə baxmırdı ki....Məşədi İbad demişkən, bu hansı yuvanın quşudur... 
Üçüncüsü,  ASC-nin rəhbərliyi  Gəncə boyda şəhərin sakinləri ilə məzələnir..? Söhbət  300 mindən artıq əhalisi olan şəhərin  içməli su təminatından, kanalizasiya sistemindən gedir ee, ayyy... Nə isə 45 gündən sonra, yəni “qırxı”  çıxan kimi  Vaqif Xəlilov vəzifəsi ilə vidalaşdı. Və onu kim əvəz eləsə yaxşıdır..? Bəli, bu dəfə  “Azərsu”  ASC-nin rəhbərliyi Allah qoymasa, Vaqif  Xəlilovun müavini, uzun müddət bu sahədə işləyən Şöhrəddin  Verdiyevi “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə  rəis təyin etdi. Yenə adamdan soruşarlar ki, 45 günlük rəis  qanunsuzluqlara yol vermişdisə, bəs onun müavini  Şöhrəddin hara baxırdı..? Deməli, qanunsuzluqları və mənimsəməni bir yerdə ediblər. Bəs belə olan halda  Şöhrəddin  Verdiyevi necə rəis təyin etmək olardı..? İndi isə Şöhrəddin  Xəlilovun “ili”  çıxmamış  məlum olub ki, onun ali təhsil diplomu saxta imiş. Bu barədə ölkə mediası yazıb. Deməli,  Azərsu  ASC  öz kadrları arasından bir normal kadr  tapıb “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə  rəis təyin edə bilmir. 
Ümumiyyətlə, Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyəti Gəncədə içməli suya və tullantı suların axıdılmasına-kanalizasiya  sisteminə nəzarət edir. Hətta o da məlum olub ki, nəinki abonentlərin, hətta ictimai-iaşə müəssisələrinin suya görə ödədiyi  pulları qurumun rəhbərliyi mənimsəyib. Reyd zamanı bəlli olub ki, abonentlər  pullarını ödəyiblər. TSC isə  günahkar kimi abonentləri göstərir, guya kimsə öz ailə üzvlərinin sayını düzgün göstərməyib. Vallahi, lap gülməli arqumentlərdir. Hətta TSC-də vəziyyət o dərəcədə dözülməz həddə çatıb ki,  “Azərenerji”  ASC Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinə verilən elektik enerjisini dayandırıb. Səbəb isə idarənin “Azərenerjiyə olan borcunu ödəyə bilməməsidir. Təsəvvür edirsiniz, qurumda bu qədər mənimsəmə olduğu halda “Azərenerji”nin  elektrik enerjisinə olan borcu ödənilməyib. İndi isə Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinin rəisi  Şöhrəddin Verdiyev  deyib ki, sakinlərin su xəttini kəsəcəm. Ölkə mediasında yayılan məlumatlardan bəlli olur ki, Şöhrəddin Verdiyev  Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla şərikli biznes  qurublar. Bəli, Niyazi Bayramovun oğlu Bəhramın 13 avtomobil kolleksiyası elə-belə alınmayıb. Sözün qısası, qayıdaq  Şöhrəddinin diplomunun saxta olması məsələsinə. 
Ümumiyyətlə, bu gün saxta  diplomla müxtəlif dövlət quurmlarında çalışan kifayət qədər  sayda məmurlar var. Biz Gündəlik-Bakı olaraq hələ illər öncə bu məsələni araşdırmaq üçün TQDK sədri Məleykə Abbaszadə ilə əlaqə saxlayanda və tələb edəndə ki, saxta diplomların  siyahısı cəmiyyətə elan olunsun. O zaman Məleykə Abbaszadə müxbirimizə bildirmişdi ki, biz bunu edə bilmərik. Müxbirimizin “ Bəlkə, bu dövlət sirridir?”  sualına TQDK sədri cavab verməmişdir. Sözün qısası, biz bir media olaraq  Azərsu  ASC-nin rəhbərliyindən tələb edirik ki, Şöhrəddin Verdiyevin  diplom məsələsinə aydınlıq gətirsin. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.