Məlumdur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. İnzibati vəzifələr dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin, yardımçı vəzifələr isə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir.
İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir. İnzibati vəzifələri tutmaq istəyənlər isə mütləq Dövlət İmtahan Mərkəzində test imtahanları verməli, sonra isə müsahibələrdən keçməlidirlər.
Bunun üçün mütləq əvvəlcədən dövlət qurumu Dövlət İmtahan Mərkəzinə boş yerlərlə-vakansiyalarla bağlı məlumat verməlidir. Və Dövlət İmtahan Mərkəzi vakansiyalarla bağlı müsabiqə elan etməlidir.
Çox təəssüf ki, bir çox dövlət qurumları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etmirlər. Belə ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanlarından keçmədən kimlərisə müqavilə əsasında işə qəbul edirlər və sonra hansı yollasa əsas ştat vahidi ilə işlə təmin edirlər.
Əlbəttə, bu məsələdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə də məsuliyyət daşıyır. Bu ayrı bir yazının mövzusu olduğu üçün konkret olaraq Zəngilan Rayon Məhkəməsində baş verən qanunsuzluqlara nəzər salmaq istəyirik. Bəli, Zəngilan rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna İmanova “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu pozaraq işçiləri işə qəbul edir. Söhbət texniki işçilərdən getmir. Bəli, hələ də tələbə olan Mahmudov Ağa Alqulu oğlu Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovnanın “xeyir-duası” ilə Zəngilan Rayon Məhkəməsində katib vəzifəsində işləyir.
Yuxarıda qeyd etdiyimiz kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi bu vəzifəni tutmaq istəyən şəxslər mütləq ali təhsilli olmalıdır.
Görəsən Gülsarə Kərimovna hələ də tələbə olan Ağa Mahmudovu hansı əsasla katib vəzifəsinə təyin edib..?
Ağa Mahmudov Dövlət İmtahan Mərkəzinin test imtahanlarından keçibmi..?
Əlbəttə, yox. Zəngilan Rayon Məhkəməsində baş məsləhətçi kimi çalışan Şahnaz adlı xanım necə və hansı yolla məhkəmə orqanlarında işə düzəlib..?
Bizdə olan dəqiq məlumata görə, Şahnaz xanım da Ağa Mahmudov kimi Dövlət İmtahan Mərkəzinin test imtahanlarından keçməyib. Görəsən, test imtahanlarından keçməyən Şahnaz xanım öz sədri olan Gülsarə Kərimovnaya hansı hüquqi məsləhətlər verə bilər..?
Dediklərimiz eyni ilə Zəngilan Rayon Məhkəməsində iclas katibi vəzifəsini tutan Günel adlı xanıma da aiddir.
Sözün qısası, qanunların keşiyində durmalı olan Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna özü dövlətimizin qanunlarını pozur. Görəsən, onun bu əməllərindən cənab Ədliyyə Naziri Fikrət Məmmədovun xəbəri varmı..?
Əgər xəbəri varsa, niyə bu qanunsuzluqlara qarşı addım atmır..?
Onu da qeyd edək ki, Gülsarə Kərimovna özü Azərbaycanda məhkəmə-hüquq sisteminə necə işə düzəlibsə, bu gün də eyni qayda ilə özü kimlərisə işə götürür.
Belə ki, heç kimə sirr deyil ki, Türkmənistan Respublikasında doğulan, orada təhsil alan, işləyən, Azərbaycan dilində, latın qrafikasında yazıb-oxumağı bacarmayan Gülsarə Kərimovna PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin xanımı ilə rəfiqə olması səbəbindən Azərbaycanda məhkəmə-hüquq sisteminə işə qəbul olub. Hansı ki, xarici ölkənin vətəndaşının Azərbaycanda dövlət vəzifəsi tutması qanunla mümkün deyil.
Hətta Azərbaycanda ikili vətəndaşlıq da yoxdur. Amma bütün bunlara baxmayaraq Gülsarə Kərimovna 2013 – 2018-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub, 2018 – ci ildən isə Zəngilan Rayon Məhkəməsinin sədridir. Və məhkəmə hakimi, məhkəmə sədri olduğu müddətdə məcburi köçkünlərin boşanması və digər hallarla bağlı qəbul etdiyi qətnamələr ölkəmizdəki məhkəmə-hüquq sisteminə yumşaq formada desək, kölgə salır. Görünür atalar əbəs yerə deməyib ki, ağası Gül(üm)sarə olanın…
Bəli, Gülsarə Kərimovna hansı yolla, necə məhkəmə sistemində işə düzəlibsə, bu gün də eyni qaydada özü kimlərisə işə qəbul edir. Və ən dəhşətlisi odur ki, DİM-in test imtahanlarından keçən və məhkəmədə işə düzəlmək istəyən şəxslərə isə Gülsarə Kərimovna deyir ki, boş yerimiz yoxdur. Bir sözlə, Zəngilan Rayon Məhkəməsində qanunsuzluqlar baş alıb gedir.
Ümid edirik ki. Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası yaxın zamanda məsələ ilə bağlı öz qəti mövqeyni ortaya qoyacaqdır.
P.S. Amma deyəsən Zəngilan Rayon Məhkəməsi, Ədliyyə Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin yadından çıxıb.