Yayılan səs yazısında baş direktor Ənvər Lumanovun sağ əli Lalə Dadaşova çəkinmədən vətəndaşla rüşvət pulunu müzakirə edir. TEREF.AZ AzFakt.com-a istinadla xəbər verir ki, ötən həftə ölkə mətbuatında Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı daxil olan məlumatlar əsasında hazırlanan yazıda qeyd edilmişdi ki, baş direktor Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib. Məhz baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb. Yazıda Baş direktor Ənvər Lumanovla, baş tibb bacısı Lalə Dadaşovanın və mühasib Rasim Vəliyevin iş birliyinin təməlinin isə COVİD-19 pandemiyasının başlanğıc dönəmində qoyulduğunu bildirilirdi.
Məlumatda iddia edilirdi ki, 2020-ci ildən 2021-ci ilin yarsına kimi Sabirabad Mərkəzi Xəstəxanasında koronavirus infeksiyasının qarşısının alınmasında iştirak edən tibb işçilərinin 80-ə yaxının əmək haqqısını Ənvər Lumanovla Lalə Dadaşova və Rasım Vəliyev mənimsəyib. Belə ki, xəstəxanada çalışan 140 tibb işçisindən 60-70-i işə gəlib, qalanın isə adı olub özləri olmayıb. Yəni Ənvər Lumanov, baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev 70-dən artıq "ölü can"ın pulunu mənimsəyib. Daha doğrusu o ağır zamanlarda bu üçlü büdcəni talan etməklə məşğul olublar. Bundan başqa baş tibb bacısı Lalə Dadaşova koronavirus infeksiyası ilə bağlı vaksin vurulması zamanı vətəndaşlara saxta vaksin vurulması arayışının satışına nəzarət edirmiş. Hətta həmin vaxt Sabirabadda saxta arayış satan tibb işçilərindən biri hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmişdi. Ancaq Lumanovun çoxsaylı xahişindən sonra məsələ bağlanıb.
Digər məlumatda isə qeyd olunurdu ki, hazırda Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət qalmayıb. Xəstəxanada fəaliyyət göstərən şöbələr hər ay baş direktora aylıq "hesab" verirlər. Bu hesabların yığılmasına və çatdırılmasına nəzarəti birbaşa baş tibb bacısı Lalə Dadaşova edir. Həmçinin xəstəxanaya dövlət tərəfindən verilən bir çox dərman pereparatlarının satılmasını isə Sabirabad rayonunda bilməyən yoxdur. Şəkər iynəsi insulindən tutmuş hətta doğuş zaman bəzi qadınlara vurulmasına ehtiyyac olan "Antirezus" (roqonda deyilir) iynəsinə qədər pulsuz verilən dərmanlar müxtəlif apteklərdə satılır.
Bundan başqa Sabirabad xəstəxanasının kənd xəstəxana və məntəqələrində adları olub özləri olmayan xadimələrin əmək haqqlarının bir hissəsidə Ənvər Lumanova çatır. Bu işə nəzarəti isə baş direktorun sağ əli olan Lalə Dadoşva ilə sol əli sayılan mühasib Rasim Vəliyev edir.
Həmçinin daxil olan məlumatda iddia edilirdi ki, bir müddət öncə baş tibb bacısı Lalə Dadaşovanın Sabirabad xəstəxanasına gələn xəstələrlə açıq şəkildə rüşvət söhbəti eləməsi ilə bağlı auido səs yazısı yayılıb.
Qeyd edilən səs yazısı yotub sosial şəbəkəsində yayılıb. Həmin səs yazısında isə baş tibb bacısı Lalə Dadaşova ilə adını bilmədiyimiz Saatlı rayon sakini arasında qeysəriyyə əməliyyatındna danışılır. Xəstəsi olan vətəndaş Lalə Dadaşovadan kömək istədiyini və qeysəriyyə əməliyyatı üçün 500 manata gücünün çatdığını deyir. Baş tibb bacısı Lalə Dadaşova isə vətəndaşa köməklik göstərəcəyini və əməliyyatın 500 manata həll edilə biləcəyini bildirir. Sözügedən audio səs yazısını dinlədikdən sonra Sabirabad Mərkəzi Xəstəxanasında rüşvətin açıq şəkildə alındığını deyə bilərik. Bu məsələnin araşdırılması və baş verənlərin aydınlaşdırılması isə hüquq mühafizə orqanlarının və səhiyyə sisteminin bir hissəsinə nəzarət edən TƏBİB-in işidir. İnanırıq ki, həm hüquq mühafizə orqanları və TƏBİB Sabirabad Mərkəzi Xəstəxanasının baş tibb bacısı Lalə Dadaşovanın səs yazısını araşdıracaq və lazımı tədbirini görəcək.
Məsələ ilə bağlı Sabirabad Mərkəzi Xəstəxanasından münasibət örgənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qeyd etdiyimiz səs yazısına bu linkdən baxa bilərsiniz: