Keçən günlərdə “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyevlə bağlı ilginc faktları təqdim etdik. Qeyd edək ki, DİA.AZ olaraq ictimailəşdirdiyimiz bu məlumatlara nədənsə aidiyyatı şəxs(lər)dən hansısa izahat xarakterli reaksiya gəlmədi. Əksinə, Şöhrəddin Verdiyev müxtəlif üsullarla yazdıqlarımızı kölgəyə salmağa çalışdı.
Bu da diqqətli oxucuların nəzərindən yayınmayıb və DİA.AZ-a müraciət edən Gəncə sakini Qafar Yusubov məsələnin "yuxarılar" tərəfindən dəyərləndirilməsinin vacibliyini vurğulayır. Narazı vətəndaş yazır:
"Şöhrəddin Verdiyev bu gün Gəncəni elə bir vəziyyətə salıb ki, uzun illər ərzində bunun əziyyətini çəkəcəyik. Sizin saytda da bu faaktlar işıqlanmışdı. Gəncədə tarixi kəhrizlər məhv edildi və əvəzində nələr baş verdiyini hər kəs yaxşı bilir. Bunun müqabilində isə Şöhrəddin Verdiyev kimiləri əlavə qazanc götürdülər.
Keçın dəfə də sual olunmuşdu ki, Gəncədə artezian quyularının qazılması nəzərdə tutulmursa nə üçün “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində subartezian quyularının əsaslı təmirini satınalma planlarına salır, tender keçirir və nəticələrini qanunun tələb etdiyi qaydada ictimaiyyətə açıqlamır? Bir çox işləməyən subartezian quyularına elektrik enerjisinin sərf olunduğu göstərilir, sürtgü yağları yazılır.
Bundan kim faydalanır? Təbii ki, Şöhrəddin Verdiyev! O adam ki saxta diplomla mühüm bir vəzifəni tutur. Bu fakt ictimailəşdi, amma nədənsə dövlətin müvafiq qurumları Şöhrəddin Verdiyevin ali təhsilinin saxta olub-olmaması ilə maraqlanmadılar".
Oxucumuz bildirir ki, bununla bağlı Gəncə sakinləri adından Ali Attestasiya Komissiyasına müraciət ünvanlayacaqlar.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
XalqXeber.Az