Teref.az yazır ki,şikayətçi Yasamal rayon İcra Hakimiyyətinin əli ilə həyata keçirilən qanunsuzluğun axırı "komendantın" döyülməsi ilə başa çatıb. Şikjayətçi şikayətinin mahiyyətindən danışaraq döyülməsinin nədənini açıqlayıb. Bakı şəhər Yasamal rayonu Hakim Abbasov küçəsi ev 9 b mənzil 6-da yaşayan Cəfərov Ziya İmaməddin oğlu komendat işlədiyi iş yerində, yaşadıqları binanı tikən EL-CA MTK-nın direktoru Fərhad Kazımovun kürəkəni Yunis Məmmədovun "qoçu" dəstəsi tərəfindən döyülməsinə hüquqi qiymət verilməməsindən şikayətlənir.