Bu zavodda günü 30 manata işləyənlərdən biri də mənim dostum idi. Keşlədəki bu zavodda belə bir istidə, bu şəraitdə gündəlik cəmi 30 manat… Ən əsası heç bir xüsusi geyim yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür. Baxın, adamlar odla oynayır, bu insanlarən əməyi istismar olunur. Dəfələrlə burada ağır xəsarət alanlar olub. Burada olan insanların bəzilərinin hansı “halda” işlədiyini biləndə isə çox da təəccüblənmədim… Teref.az olaraq düşünürük ki, idarə və müəssisələrdə Əmək Məcəlləsinin icrasına dövlət nəzarəti etməli olan Dövlət Əmək Müfəttişliyi(ARƏM maddə 15) və ictimai ictimai nəzarət etməli olan həmkarlar təşkilatları (ARƏM 309) hərəkətə keçəcək. Ilkin Muradov Teref.az