Şəki rayonun Aşağı Göynük və Baş Göynük kənd sakinlərindən ("Ocaq Palıddar" adlanan ərazidə yaşayan Əsgərov Əsgər Mustafa oğlu və digərlərindən) ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
Şəkililər ölkə başçısından NƏ İSTƏDİ?
"Cənab Prezident, biz Şəki-Qax yolunun 15-ci km-nin aşağı hisəsində "Ocaq Palıddar" adlanan ərazidə yaşayan 90 ailənin adından 2018 və 2019-cu illərdə Sizə müraciət edərək "Kamaz yolu" adlanan 10 km-lik yolun asfaltlanmasını xahiş etmişdik. Gəlib ölçüb-biçib getdilər. və dedilər ki, 2020-2021-ci illər üçün bu yol plana salınacaq və yol çəkiləcək. Amma heç bir iş görülmədi. Bezib indi də şikayətlər etdik. Bizə deyirlər ki, sizin yolun asfaltın təmiri üçün hələ vaxt çatmayıb. Yəni, izah etdilər ki, yeni asfalt çəkilişindən ən azı 3 il vaxt keçməlidir ki, sonra təmirə başlaya bilək. Biz sakinlər də deyirik ki, siz axı asfalt yolu çəkməmisiniz ki, təmrə də başlayasınız. İndi bizə məlum olur ki, sənəd-kağız üzərində Şəki-Qax yolunun 15-ci km-dən Əriçay dəryaçasına qədər olan 10 km yol asfaltlanıbmış. Amma biz sakinlərin bundan xəbəri olmayıb. Bir sözlə, Azəravtoyol Şəki-Qax magistral 35 km-lik, 9 m eni olan yolun 3-cü qat asfalt hissəsini sənəddə yazıb, reallıqda isə pulunu necə mənimsəyiblərsə, bizim "Kamaz yolu" adlanan gözdən uzaq 10 km-lik yolu da kağız üzərində asfaltı 2021-ci ildə çəkiblər, reallıqda isə büdcədən bu təyinat üzrə ayrılan pulların hamısını mənimsəyiblər. Budur, Şəki- Qax yolunda çoxlu atlar, və çoküntülər əmələ gəlib Yol dağılmaq üzrədir. "Kamaz yolu" isə lap pis günə düşüb. Tozdan əziyyət çəkirik. Texnikalarımız isə tez tez sınır. Cənab Prezident, çox xahiş edirk ki, asfalt yol çəkmək adı ilə milyonlarla büdcə pullarını mənimsəyənlər barəsində tədbir görəsiniz".
Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...