Beyləqan xəstəxanasında “ölü canlar”… -
“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru, “dişi canavar” ləğəbli Nürəngiz Bəşirovanın keçmiş və hazırki qanunsuz əməlləri barədə “RealMedi.az” veb-saytında və başqa kütləvi informasiya vasitələrində indiyə qədər yetərincə tənqidi informasiyalar getsə də, o, nəticə çıxarmaq əvəzinə yenə öz ampluasındadır.

Xatırladaq ki, sonuncu dəfə saytımızda Beyləqan polisinin həyata keçirdiyi əməliyyatla xəstəxanadan xəlvət yanacaq satan oğruların cinayət başında yaxalanması barədə məlumat vermişdik. Bildirilirdi ki, azı 8 nəfərin saxlanıldığı fakt üzrə cinayət işi başlanılıb. Həmçinin sızan informasiyaya görə, prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri direktor Nurəngiz Bəşirovanın onlara sığorta pulunu, ehtiyat hissələri və əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını bildiriblər. Eləcə də qeyd olunurdu ki, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərir və artıq havadarlarına ağız açaraq onlardan kömək umub. Məlumata görə ki, N.Bəşirovanın yaxın ətrafında olan adamlar dövriyyəyə belə bir informasiya buraxıblar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktını özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Müşahidələr göstərir ki, bu versiyanın rəsmiləşdirilməsi üçün N.Bəşirova rayon prokurorluğu ilə “dil tapmağa” müyəssər olub.

Hərçənd, bu mövzuda qələmə aldığımız ötən məqalədə ortaya qoyduğumuz suallar hələ də cavabını tapmayıb: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın sürücülərin oğurluq etməsinin qarşısını almaq üçün əlində başqa vasitə yox idimi? Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bundan başqa, bəs xəstəxanada yaratdığı xüsusi mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdənmi və yaxud çantasını daşımaqdanmı ibarətdir?

Hələ də inamımızı qırmaq, ümidimizi itirmək istəmirik ki, Azərbaycan dövləti, onun baş prokurorluğu N.Bəşirovanın havadarlarının mümkün təzyiqinə duruş gətirmək gücündədir. Beyləqan rayon prokurorluğuna “ipucu” veririk ki, belə bir xüsusatın da ətrafında araşdırma aparılsın:

Əldə etdiyimiz məlumata və həmin məlumatı təsdiqləyən müşahidələrimizə görə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının uşaq həkimi, yaşı 70-i haqlamış Qənbər Salahov xəstəlik səbəbindən iflic olub, əmək qabiliyyətini tam itirib (Allah şəfa versin). İşə çıxa bilmədiyi halda həmin şəxsin adı ştat cədvəlində gedir, onun adına tabel, əmək haqqı yazılır. Məlumata görə, xəstəxananın heyətində adı maaş cədvəlində gedib, özü işə gəlməyənlər az deyil. O da məlumdur ki, N. Bəşirova dövlətin pulunu “ölü canlara” heç də təmənnasız bağışlamır. Təsdiqini tapacağına qətiyyən şübhə etmədiyimiz bu fakt belə deməyə əsas verir ki, N.Bəşirovanın qol qoyduğu bir növ cinayətin üzə çıxması onu əsla digər növ cinayətlərindən çəkinməyə vadar etmir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az
 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti