Yardımlı İcra Hakimiyyəti ilə bağlı mediyada çoxsaylı neqativ məlumatların intensivləşməsi bu qurumdakı vəziyyətin sadəcə islahatlarla düzələcəyinə dərin şübhə yaradır. Ayaz Əsgərovun artıq 5 ilik erası başa çatsa da, Rayon İcra Hakimiyyətinin adını yalnız neqativlərlə assosiasiya etdirən iş prinsipindən imtina olunmaması bu təşkilata yönəlik narazılıqları xeyli artırıb. Mediada yayılan materiallara əsasən, demək olar ki, indiki başçının dövründə haqlı tənqidlərə tuş gələn bütün mənfi cəhətlər Yardımlı rayon İcra Hakimiyyətinin yerli kadırları olan müavinlər sayəsində yeni forma taparaq israrla davam etdirilməkdədir. Teref.az yazır ki, bunu öz səhiufəsində sosia şəbəkə fəali Əkbər Şadiyev nyazıb. daha sonra Əkbər bəy yazır: Bunun nəticəsində Yardımlı-da yarıtmaz kadrların yenidən irəli çəkilməsi, vəzifələrə təyinatlarda şəxsi və qohumluq münasibətlərinin əsas götürülməsi, Yardımlının “durğunluq məkanı”na çevrilməsi kimi ciddi nöqsanların aradan qaldırılması əvəzinə, onların stimullaşdırılması müşahidə edilməkdədir. Buradan gəlinən nəticə belədir ki, Başçının müavinləri Yardımlıda Ayaz Əsgərov “kult”unu yaşatmaqda təkid edir. Belə olan təqdirdə, Müavinlərin qurduğu sistemi demontaj etməyi və iş üslubunu dəyişməyi gözləmək sadəlövhlük olardı. Görünən budur ki, Müavinlər öz rəhbərini “böyük ustad”, hətta daha irəli getsək, “Piri-Mürşid"i kimi görməkdədir. Amma Müavinlər öz rəhbərinə göstərdiyi diqqəti bir az da öz Rayonunun inkişafına, abadlaşmasına, kadırların düzgün seçiminə yönəltsəydi, yəqin ki, indi bu qədər tənqid olunmazdı… Əkbər Şadiyev