Əhəd Abıyevin Daşkəsənində vətəndaşın ƏHƏDİNİ KƏSİRLƏR... - ÖZBAŞINALIQ!
 Daşkəsən rayon sakini Həcər Talıb qızı İsgəndərova "Hürriyyət"ə müraciət edərək bildirir ki, 1997-ci ildə ona verilmiş pay torpağı qanunsuz olaraq başqasına satılıb. Şikayətçi iddia edir ki, rayonun Xoşbulaq kəndində yerləşən özünə məxsus pay torpağı Gəncədə yerləşən notarius rəhbəri Arif və kəndin bələdiyyə sədri Rasim tərəfindən mənimsənilib. Həcər İsgəndərova aidiyyatı qurumlara müraciət etsə, şikayətinə baxılmır. O qeyd edir ki, Gəncədə yerləşən notarius rəhbəri Arif və kəndin bələdiyyə sədri Rasim buna mane olmağa çalışırlar.

Rayon sakini hətta onlar tərəfindən təhdid olunduğunu da vurğulayır: "1997-ci ildə mənə pay torpaq verilib. Lakin torpaqdan istifadə etməmişdim. Hazırda torpağım əlimdən alınıb, başqasına satılıb. Gəncədə notarius rəhbəri Arif müəllimə satılıb. Atam 1-ci qrup əlil olub. Hazırda dünyasını dəyişib. Rasim və Arif tərəfindən mənə təhdidlər olunur, lazımsız sözlər deyilir. Öz torpağımı geri istəyirəm. Mənə deyirlər ki, bizi məcbur edirsən ki, səni öldürüb torpağa basdıraq, heç kəs də tapa biıməyəcək. Hazırda məktəbdə xadimə işləyirəm. Maddi vəziyyətim çox zəifdir. Evim yoxdur. Mənə qalan torpaq kimə satılır? Hansı qanunla satılır?.. Bələdiyyə sədri Rasim satıb? Bu bələdiyyə sədri Rasim bir dəfə özbaşınalıq etdiyinə görə həbs edilib. Xahiş edirəm ki, mənə kömək edəsiniz. Aciz qadınam. Rüşvətxor məmurların əlində tək qalmışam. Mənə aid olan torpaq başqasına qanunsuz olaraq satılır və orda villa tikilir. Bu nə dərəcədə düzgündür?.."

Şikayətçi bildirir ki, dəfələrlə müvafiq instansiyalara müraciət etməsinə baxmayaraq, üzləşdiyi problem hələ də həll olunmayıb: "Hara müraciət edirəmsə, baxılmır. Məhkəmə, vəkil hamı pul istəyir. Ariflə, Rasim şikayətimə baxılmasına mane olurlar. Ali savadım yoxdur. Rasim Daşkəsinin Xoşbulaq kəndinə bələdiyyə sədri işləyir. Odur ki, mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevadan xahiş edirəm ki, şikayətimi yerində bizim iştirakımızla obyektiv araşdırılıb, Gəncədə yerləşən notarius rəhbəri Arif və kəndin bələdiyyə sədri Rasim adlı şəxslərin barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".

Bəs qanunla pay torpaqları satıla bilərmi? Ümumiyyətlə, pay torpaqları xüsusi mülkiyyət sayılır? Qanunda deyilir ki, bu şəxsin adına torpaq sahəsi varsa, onun icazəsi olmadan kiminsə adına keçə bilməz. Əgər onun pulu ödənilməyibsə, məhkəmədə iddia qaldıraraq alqı-satqı müqaviləsini ləğv elətdirməlidir. Qanun imkan verir ki, qarşı tərəf öhdəliyini yerinə yetirməyəndə müqaviləni ləğv elətdirsin. Məsələ məhkəmə qaydasında həllini tapa bilər. Əslində, müqaviləni ləğv etmək üçün səbəb çoxdur. Ən azı müqavilənin ləğvini tələb edə bilərlər. Qanunvericilik müqavilənin ləğvinə imkan verir.

Məlum olduğu kimi, pay torpaqları torpaq islahatı dövründə qanunvericilik əsasında naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilib. Bu o deməkdir ki, pay torpağının hər hansı bir hissəsinin satılması üçün bütün ailə üzvlərinin (payçıların) razılığı tələb olunur. Bu baxımdan pay torpaqlarının satılması və ya icarəyə verilməsi ilə bağlı müqavilə notarial qaydada təsdiq olunması üçün bütün payçıların iştirakı vacibdir. Bir payçının müxtəlif səbəblərdən iştirak edə bilməməsi (məsələn, şəxs xaricdədir) səbəbindən torpağın satılmasını və ya icarəyə verilməsini mümkünsüz edir.

QEYD: Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti