Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN... - MALƏSƏF...
Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan!
Əs ey külək,bağır,ey bəhri-biyaban ləpən...Bu misra Cəfər Cabbarlının "Ana" şeirindəndir.Yaxşı ki,mütəfəkkir Bakının bu günlərini görmədi,yoxsa küləyə "əsmə" deyə yalvarardı, bəlkədə...

Son günlər az qalırdıq küləyə yalvaraq ki, əsmə külək, sakitliyin altında yatan çox problemimiz var, əsib onları üzə çıxartma.Çünkü əsib Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin,Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin,Bakının rayonlarına rəhbərlik edən icra başçılarının,həmçinin BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin illərlə ört-basdır etdikləri eyiblərini üzə çıxardırsan,BŞİH-də islahatlara ehtiyac var,mövqeyini gücləndirirsən!

Əsdikcə,MKTB-lərin tabeçiliyində yüzlərlə MİS idarələrinin,onların da yüzlərlə işçisi olduğu halda,Bakının kompleks şəkildə təmiz və səliqəli saxlanılmadığını aşkarlayırsan!

BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məhəllə daxili ərazilərdə,səkiləri əhatə edən sahələrdə ağacları mövsümü olaraq budamaması,eləcə də məhəllə daxili və yol kənarlarında olan ağaclarda sanitar təmizləmə işlərinin aparılması görünür,ağaclardan quru budaqlar qırılaraq yollara,səkilərə səpələnir,təhlükəli vəziyyət yaranır.Ona görə əsmə,külək əsmə!

Cəfər Cabbarlı bunları görmədi,görsəydi bəlkə də "Əs ey külək,bağır,ey bəhri-biyaban ləpən" misrasını,"Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan" misrası ilə əvəzləyərdi.Yaşasaydı o,da Bakının 4-5 mərkəzi prospektdən ibarət olmadığını bir daha xatırladar,Bakının rayonlarına rəhbərlik edən icra başçılarının hündürmərtəbəli evlər tikən iş adamlarına vasitəçilik etdiklərini bilər,Mənzil-Kommunal Təsərrüfatı Birlikləri rəhbərlərinin ancaq şəxsi çıxarları qarşılığında fəaliyyət göstərdiklərini görər,məhəllələrin,səkilərin vaxtlı-vaxtında süpürülmədiyini müşahidə edər...

Faktinfo.az

Bölmənin digər xəbərləri

06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR
05 İyun 2025 Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır - HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO
05 İyun 2025 Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
05 İyun 2025 BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
05 İyun 2025 Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
05 İyun 2025 Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı
04 İyun 2025 Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

Dünyapress TV

Xəbər lenti