Samir Şərifov getməsə, o da tərpənməyəcək...
Azərbaycanda məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək ciddi var-dövlət əldə etmələri artıq adi hala çevrilib. Belə məmurlardan biri də hazırda Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri Xaqani Rzayevdir.

Uzun müddət Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri, 2019-cu ildən 2022-ci ilə qədər isə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyən Xaqani Rzayevin həm ölkə daxilində, həmdə xaricdə biznesinin olması barədə ölkə mətbuatında təkzibedilməyən məlumatlar yayılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Maliyyə Nazirliyində "oliqarx məmur" kimi tanınan Xaqani Rzayevin 66 yaşı olmasına baxmayaraq, hələ də ciddi vəzifə sahibidir. Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri ilə bağlı mətbuatda yayılan məlumatlarda bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz Xəqani Rzayevin yaxın adamları olan bir neçə daimi qaliblər var.

Samir Şərifov getməsə, o da tərpənməyəcək...

Hansı ki, həmin şəxslər müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq bir çox qurumların tenderlərində iştirak edib "qalib” olurlar. Xaqani Rzayevin himayədarlığı nəticəsində daimi tenderleri udan şirkət rəhbərləri sözün həqiqi mənasında dövlət vəsaitlərinin hesabına oliqarxlara çevriliblər.

Bu şirkətlərin əldə etdikləri qazancın bir hissəsini Xaqani Rzayevə şapka kimi verdiklərini isə bilməyən yoxdur. Bildirilir ki, Xaqani Rzayev Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə tender şirkətləri ilə yaratdığı gizli anlaşma hələ davam edir.

Dövlətin pulları hesabına milyonçu "oliqarx" məmura çevrilən şöbə müdiri yüksək vəzifəli himayədarlarının sayəsində uzun müddətdir ki, toxunulmaz şəxsə çevrilib.

Milyonçu məmur Xaqani Rzayevin böyük oğlu İslam Rzayev tez-tez Londona səfər edir. Onun 2012-ci ildə Londonda təsis etdiyi IC UNİSTON LTD adlı şirkəti var. Şirkətin hüquqi ünvanı London G-05 Davenport House, 16 Paperstr qeyd edilib. 2023-cü ilin göstəricilərinə görə IC UNİSTON LTD şirkətin 317000 funt strelinq aktivləri var.

İslam Rzyevin bundan başqa Bakı şəhərində bir neçə şirkətə və obyektlərə sahib olduğu deyilir. Digər oğlu Cəbrayıl Rzayev Xarici işlər nazirliyində, qızı Elina Rzayeva isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində işləyir.

Məlumata görə Xaqani Rzayevin övladlarının hər birinin adına çoxlu sayda mülklər mövcuddur. P.S. Xüsusilə qeyd edək ki, Xəqani Rzayevin oğlanları ən son model Maserati və BMW, qızı isə Lexus markalı avtomobillərə sahibdir həmçinin hal-hazırda idarə edirlər.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal

Dünyapress TV

Xəbər lenti